Saat:16:45
Haqqımızda

Orban: "Aİ Rusiya ilə müharibəyə hazırlaşır. 2030-cu ildə..."

2025-12-08 16:11:03

Orban:

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının 2030-cu ildə Ukraynanı birliyə qəbul edəcəyini güman etdiyini bildirib. Orban Aİ ölkələrinin iqtisadiyyatının hərbi istiqamətə yönəldilməsinin səbəbinin Rusiya ilə müharibəyə hazırlaşmaq olduğunu bildirib.
Orban öz "Feysbuk" səhifəsində yazıb: "Brüssel Rusiya ilə müharibəyə hazırlaşır və artıq müharibə üçün hədəf tarixini müəyyən edib: 2030. Brüssel tərəfindən başladılan silah proqramının məqsədi ittifaqı 2030-cu ilə qədər müharibəyə hazırlamaqdır. 2030-cu il həm də Ukraynanın AB-yə təcili şəkildə qoşulması üçün hədəf tarixidir".
Orban yazıb: "Aİ müqaviləsində deyilir ki, "üzv dövlətlərdən birinin ərazisinə silahlı hücum halında, digər üzv dövlətlər həmin dövlətə əllərindən gələn bütün yardımı göstərməyə borcludurlar". Buna görə də, müharibə vəziyyətində olan Ukraynanı qəbul etmək Aİ-nin dərhal müharibəyə girməsinə səbəb olar".
Hürr Tərcüman