Oqtay Şirəliyevin oğlu vəzifəsindən istefa verdi

2022-12-26 11:05:00

Oqtay Şirəliyevin oğlu vəzifəsindən istefa verdi

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğlu "Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyindən istefa verib.

Hurriyyet.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ilin aprel ayında "Azərsığorta"nın sədri Fərhad Adıgözəlovun müşaviri təyin olunan Murad Şirəliyev bu vəzifəsindən də getməli olub. O, öz istəyi ilə işdən azad edilib.

Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə "Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə "Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ABB-dəki vəzifəsindən də istefa vermişdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.452272