"Oqtay Əsədovun seçiciləri şikayətlərini mənə desinlər" Səfa Mirzəyevdən maraqlı AÇIQLAMA

2022-01-15 16:07:00

Abşeron rayonundan olan seçicilər Milli Məclisin deputatı, sabiq spiker Oqtay Əsədovun qəbuluna düşə bilmədiklərini bildiriblər. Onlar Milli Məclisə dəfələrlə getsələr də, sabiq spikerlə görüşə bilməyiblər.

 Manset.az məsələ ilə bağlı Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə əlaqə saxlayıb. O Manset.az-a açıqlamasında Oqtay Əsədovla bağlı bunları deyib.

 "Oqtay Əsədov Milli Məclisin iclaslarında iştirak edir. Elə axırıncı plenar iclasa da qatılmışdı. Seçicilərinin onunla bağlı nəsə şikayətləri varsa, mənə desinlər, mən də onların cavabını verim. Bu nə deməkdir, seçicilər sizlərə niyə şikayət edirlər? Qoy kimin nə şikayəti var, mənə müraciət etsin."

 Qeyd edək ki, Oqtay Əsədov spiker postundan getdikdən sonra deputat kimi Milli Məclisin iclaslarında iştirak etmirdi. Bununla bağlı dəfələrlə yeri mətbuatda xəbərlər yazılıb.

Manset.az

4083f87b-16e7-3bcc-81de-9db72356dc38_824.jpg (22 KB)