Saat:19:58
Haqqımızda

Oqtay Əliyevlə vida mərasimi başa çatıb - YENİLƏNİB + CANLI YAYIM

2023-03-23 13:47:00

Oqtay Əliyevlə vida mərasimi başa çatıb - YENİLƏNİB + CANLI YAYIM

Əməkdar mədəniyyət işçisi, prodüser Oqtay Əliyev dəfn olunub.

Hurriyyet.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər.

***

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimi başa çatıb.

Sənətçinin yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda mərhumun cənazə namazı qılınır və “Qurd qapısı” qəbiristanlığına aparılması üçün hazırlanır.

 

***

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi başlayıb.

Sənətçi ilə vida mərasimində mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Oqtay Əliyev Abşeronun Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, dünən O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Baku TV-nin mərhumla vida mərasimindən canlı yayımını təqdim edirik:

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR