Saat:10:12
Haqqımızda

Oqtay Əliyevin dəfn yeri niyə dəyişdirildi?

2023-03-23 16:51:00

Oqtay Əliyevin dəfn yeri niyə dəyişdirildi?

Martın 22-də yol qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, prodüser Oqtay Əliyev bu gün dəfn olundu. Mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırıldı. 

Hurriyyet.az bildirir ki, dünən gecə Oqtay Əliyevin Mehdiabad qəbiristanlığında dəfn ediləcəyi barədə məlumat yayılmışdı. Bu gün səhır isə onun "Qurd qapısı" qəbistanlığında son mənzilə yola salınacağı açıqlandı. 

Mərhum Oqtay Əliyevin dəfn yerinin dəyişdirilməsi suallar doğuraraq, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Oqtay Əliyevin sənət dostlarından biri saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Oqtay müəllimin Mehdiabad qəbiristanlığında dəfn olunacağı barədə qərar veriləndə xanımı, Əməkdar artist Dilarə Əliyevanın rəyi nəzərə alınmayıb. Həmin vaxt Dilarə xanım xəstəxanada həkim nəzarətində olduğu üçün yaxınları onun fikrini öyrənməyə lüzum görməyiblər. Dilarə Əliyeva ailənin qərarı ilə bu gün səhər tanış olub. O, məsafənin uzaqlığını nəzərə alaraq həyat yoldaşının "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını təklif edib. Mərhumun valideynləri, digər yaxın qohumları Dilarə xanımın bu təklifiylə razılaşaraq, Oqtay müəllimin "Qurd qapısı" qıbiristanlığında dəfn olunmasına qərar veriblər. 

Həmsöhbətimiz bu məsələdə başqa səbəb axtarmağın yersiz olduğunu deyib. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR