Onurğa orqanizmin antenidir - PAŞA YAQUB YAZIR

2023-01-10 09:40:00

Onurğa orqanizmin antenidir - PAŞA YAQUB YAZIR

Onurğa xəstəliklərinin sirləri

Son vaxtlar insanlar arasında onurğa xəstəlikləri kəskin şəkildə artmışdır. Demək olar ki, hər ailədə azı bir nəfərin skalyoz, kipoz, fəqərələrarası diskin sürüşməsi, kirəcləşməsi, yırtıq və s onurğa xəstəliklərinin birindən əziyyət çəkməsi şübhəsizdir. Sual yaranır: niyə son dövrlər onurğa xəstəlikləri bu qədər artıb?

Araşdırmalarımız göstərir ki, onurğa orqanizmin anteni funksiyasını yerinə yetirir. Necə ki, televiziya, telefon, radio və s cihazlar onlara ötürülən dalğaları antenlər vasitəsi ilə qəbul edirlər, orqanizm də Kainatdan gələn enerji dalğalarını məhz onurğa vasitəsi ilə qəbul edir, oradan bədənə paylanır (onurğa ilə antenin şəkillərini yanaşı qoyub baxsanız, onların biri-birinə necə bənzədiyini aydın şəkildə görmək olur).

 Kainatdan bizə həm mənfi, həm də müsbət enerji dalğaları gəlir.Bu dalğaları ilk qəbul edən orqan onurğa olduğundan, orada ilk növbədə ağrılar, sonra isə, disk sürüşməsi, kirəcləşmə, yırtıq və s yaranır. İnsanlar onurğadakı bu fəsadların mahiyyətinə varmayaraq, tibbi dərmanlarla, yaxud, cərrahi müdaxilə ilə ağrıdan xilas olmağa çalışırlar. Nəticədə onurğadakı neqativ enerji digər orqanlara keçir. Bu vaxt bəzi hallarda beldəki ağrılar dayanır, amma, digər orqanlarda yaranan xəstəliklər onurğadakından daha ciddi olur. Belə ki, bu mərhələdə insanda limfa şişləri, böyrək xəstəlikləri, poliplər, prostatın böyüməsi, analıq orqanlarının xəstəlikləri... müşahidə olunmağa başlayır.

Xərçəng xəstələri arasında apardığımız araşdırmalar göstərir ki, bu xəstəlikdən əziyyət çəkənlərin böyük əksəriyyəti daha əvvəl onurğa (bel) ağrısından əziyyət çəkiblər.

Bütün bunlardan əlavə, onurğaya daxil olan neqativ enerji həm də oradan keçən sinirləri sıxır, yaxud, zədələyir. Nəticədə insanda əsəb, sinir ağrıları və yaxud, miqren yaranır. Bu ağrıların tibbi müalicəyə tabe olmaması onların neqativ enerjidən yaranması səbəbindəndir (neqativ enetjiyə heç bir dərman təsir etmir).

Onurğada toplanmış neqativ enerji həmçinin, insanda yorğunluq, halsızlıq, depressiya, yuxu pozğunluğu, panikatak, nevrozların, qıç ağrılarının və s xəstəliklərin yaranmasına səbəb olur.

İrana gedən xəstələrin “sağalmasının” sirləri

Son dövrləronurğa ağrısından əziyyət çəkən və Aərbaycanda sağala bilməyən xəstələrin ən çox üz tutduqları ölkə İrandır. Əslində imkanlı adamlar Avropaya və İsrailə, orta təbəqə Türkiyə və Rusiyaya, kasıb təbəqə isə, İran klinikalarına üz tuturlar. Azərbaycan əhalisinin çox hissəsi kasıb olduğundan, müalicə üçün İrana üz tutanların sayı da digər ölkələrə nisbətən daha çoxdur. Haqq üçün danışsaq, İrandan gələnlərin çox hissəsi qayıtdıqda sevincək halda sağaldıqlarını deyirlər. Onlar öz sevinclərini həm qohum-əqraba ilə, həm də sosial şəbəkələrdə gen-bol bölüşdüklərindən, əhali arasında belə bir fikir formalaşıb ki, İrana müalicəyə gedən xəstələr hamısı sağalıb gəlirlər (digər ölkələrə üz tutanlar yüksək və orta təbəqənin adamları olduğundan, onlar sağalmlıqları barədə xəbəri heç vaxt sosial şəbəkələrdə paylaşmırlar. Bu səbəbdən də Azərbaycanda digər ölkələrin klinikaları İran klinikaları qədər məşhur deyil).

Bütün bunlar işin görünən tərəfidir. Gəlin bir qədər də məsələnin görünməyən tərəflərinə nəzər salaq.

Məsələnin mahiyyətinə dərindən nəzər salmaq istəyirsinizsə, İrandan sağalaraq gələn, sevinci yerə-göyə sığmayan, bir çox hallarda qurban kəsib paylayan N sayda qohum və tanışlarınızı bir neçə aydan sonra təkrar ziyarət edin (yaxud, telofon açın) və səhhətləri ilə maraqlanın. Görəcəksiniz ki, bir neçə aydan sonra tanışınızın ya həmin sağalmış orqanı (onurğası), ya da digər bir orqanı kəskin şəkildə xəstədir və yenidən İrana getmək üçün pul axtarır...

Belə faktlar sosial şəbəkələrdə yüz minlərlədir. Sadəcə insanların İrana müalicəyə getmələri, sağalıb gəlmələri barədə statusları yadda saxlayıb, 3-4 aydan sonra bir də onun profilinə nəzər salmaq kifayətdir ki, adamın İranda necə “sağaldığını” biləsən. Həkimlik təcrübəmdə hər gün onlarla belə pasiyentlə qarşılaşıram ki, qəbuluma gəlməzdən 3-4 ay qabaq İran klinikasından (yaxud, ölkəmizdəki klinikalardan)“tam sağalaraq”, ağrısız qayıdıbdır...

Yaşayış yerini dəyişəndə onurğa niyə ağrımır?

Oxucuda sual yaranacaq ki, bu necə olur: insan sağalaraq qayıdır, amma, bir neçə aydan sonra əvvəlkindən daha kəskin formada xəstələnir?

Yuxarıda qeyd etdik ki, bütün xəstəliklərin səbəbi (fundamenti) neqativ enerjidir. Bu enerji orqanizmə onurğa vasitəsi ilə daxil olur. Ona görə də onurğanı orqanizmin anteni adlandırdıq.

Xəstə insan müalicə üçün (və s məqsədlə) yaşadığı yeri tərk edəndə evdəki neqativ enerjidən uzaqlaşır. Artıq onurğa evdəki dalğaları tutmur. Necə ki, anten, wi-fıuzaq məsafədən dalğaları tuta bilmir. Beləliklə, kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə səbəb olur!

Bu fiziki proses İrana müalicəyə gedən xəstələrdə də baş verir. Belə ki, uzaq msafəyə getdiyindən, onurğa artıq ona ötürülən neqativ enerji dalğalarını qəbul edə bilmir. Bir qədər orada qalıb, müalicə aldıqda asanlıqla sağalır. Ancaq yaşadığı yerə qayıdan kimi, yenidən həmin enerji dalğalarının təsirinə məruz qalır və əvvəlki proses (neqativ enerjinin hansısa orqanın üzərinə toplanması) təkrar baş verir. Nəticədə bir neçə aydan sonra həmin şəxs əvvəlkindən daha kəskin xəstəliklə üzləşir. Əslində digər ölkələrə üz tutan yuxarı təbəqənin nümayəndələrində də eyni proses baş verir. Onlar da sağalıb qayıdandan bir müddət sonra başqa problemlə (xəstəliklə) üzləşirlər.

Sizə bir sirri də açım: müalicə üçün xaricə üz tutan xəstələr həkimə getməyib, sadəcə bir neçə gün orada yaşasalar, bu müddətdə görəcəklər ki, ağrıları keçdi və özlərini çox sağlam və gümrah hiss edirlər. Amma, onlar evlərinə qayıdandan sonra yenə də eyni problemi yaşayacaqlar.

Bu cür halı gündəlik həyatınızda sizin hər biriniz yaşayırsınız, ancaq mahiyyətinə varmırsınız. Belə ki, yaşadığınız şəhərdən, yaxud kənddən çıxıb, uzaq bir bölgədə olan qohumunuzun evinə qonaq gedəndə görürsünüz ki, evinizdə olan ağrılar (baş, bel və s ağrılar) orada qaldığınız müddətdə baş vermir. Evinizə qayıdanda həmin ağrıların təkrar baş verdiyini görürsünüz. Çoxunuz bunu hava ilə, iqlimlə əlaqələndirirsiniz. Əslində isə, bu, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə səbəb olmasındandır. Yəni, evinizdə sizə təsir edən neqativ dalğaların uzaqda təsir edə bilməməsi səbəbindəndir.

Son dövrlər dünyanın bir çox ölkələrinin vətəndaşlarına online seanslar verirəm. Həmçinin, xarici ölkələrdə yaşayan azərbaycanlılar xəstələndikdə çox vaxtı mənə müraciət edirlər. Onları müayinə edərkən soruşuram ki, əvvəllər sizdə filan, filan hallar (hansı ki, həmin hallar insana neqativ enerji yüklənməsinin əlamətləridir) baş veribmi? Cavab verirlər ki, bəli, Azərbaycanda olanda belə hallar olurdu, bu ölkəyə gələndən sonra onlar yoxa çıxdı. Soruşuram ki, bunlar necə yoxa çıxdı, müalicə aldınmı? Deyir yox, sadəcə öz-özündən yoxa çıxdı, soruşursunuz, indi yadıma düşür ki, bir vaxtlar (Vətəndə) məndə belə hallar var idi...

Bəli, əziz oxucu, bütün bunlar kəmiyyət (məsafə, paralellər, meredianlar) dəyişikliyi səbəbindən enerji dalğalarında baş verən keyfiyyət dəyişikliyinə görədir. Amma, elə bilməyin ki, xaricə gedən adamlar bu neqativ enerjinin dalğalarından birdəfəlik qurtula bilirlər. Əsla yox! Onların problemləri sadəcə keyfiyyət cəhətdən başqa bir mərhələyə keçir. Yəni, burada ağrıyan orqanları daha ağrımır. Orada başqa orqan ağrımağa başlayır. Yaxud, insan başqa bir (maddi, mənəvi, şəxsi həyat, ailə münaqişəsi...) problemi yaşamağa başlayır. Araşdıranda görürük ki, məkanı dəyişdikdən sonra neqativ enerji insana başqa bir formada təsir etməyə (mane olmağa) başlayır...

Bütün bu sirləri ona görə izah etdim ki, insanlar xəstələnərkən İrana-Turana gedib, Dünyanı fırlanmaqdansa, ətək-ətək pullar xərcləməkdən, ağır cərrahi əməliyyatlara girməkdənsə, elə öz vətənində neqativ enerjidən təmizlənsə və ildə bir-iki dəfə havasını, suyunu dəyişsə həmin insanda heç vaxt xəstəlik olmaz və uzunömürlü olar.

Tibb elmində neqativ enerjiyə təsir edən vasitə kəşf olunmasa da, bizim yaratdığımız Elmi-lədun müalicə üsulu ilə orqanizmi neqativ enerjidən təmizləmək və xəstəliklərdən birdəfəlik xilas olmaq mümkündür.

Paşa YAQUB,

Həkim, elmi-lədun bilicisi

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.148483