Saat:03:32
Haqqımızda

Onun vəsiyyəti...Unudulmazlar

2021-10-19 10:37:00

Onun vəsiyyəti...Unudulmazlar

 

Professor Afad Qurbanov dilçi – alimlərimizdən ən məhsuldar fenomendir. Müx­­təlif sahələrində sanballı kitablar yazmışdır xeylisi məhz ali pedaqoji institular üçün­dür. Bu, onun təhsillə sıx bağlılığından irəli gəlir. Deməli, Afad Qurbanov sö­zün həqiqi mənasında müəllimdir – pedaqoqdur. Auditoriyada bunu daha peşəkar hiss etmək mümkündür

İkinci gün idi (ölümündən azca gün əvvəl), üçüncü mərtəbədə üz-üzə gəldik. Beş-altı dəqiqə söhbət eləmişdik, filosof, mənim tələbə yoldaşım, dosent Yasin Qa­ra­­məmmədli də bizə qoşuldu. O, bu gün təhsilin heç də yaxşı olmayan duru­mun­dan gileyləndi: Xüsusilə, ali məktəblərdə öz tələbələrindən imtahan vaxtı “darılan” müəl­­limin nüfuzunun itməsindən. Hətta özüylə bağlı bir epizodu xatırlatdı və təəs­süf­­ləndi. Mənimçün maraqlı o idi ki, bu barədə mənfi emosiyalarını gizlətməyən, gör­­kəmli dilçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Afad Qurbanov idi...

Bu dilçi – alimi mən ilk dəfə Pedaqoji Universitetin I kursunda oxuyarkən (1959) görmüşdüm. Amma ailəmizdə ədəbiyyat müəllimi olduğundan pedaqoji mət­­bua­tı vərəqləyirdim və “Afad Qurbanov V.İ.Lenin adına APİ-nin aspirantı im­za­sı” ilə tanışdım. Uzun boylu, qıvrım saçlı, asta yerişli bu gəncin nüfuzu çoxuydu. Əsa­­sən məşhur dilçi, professor Ə.Dəmirçizadə ilə yanaşı görürdüm. Azərbaycanda özü­­nəməxsus elmi məktəb yaradan Əbdüləzəl Dəmirçizadə (sonralar Milli Elmllər Aka­­demiyasının müxbir üzvü seçildi) ilə sıx təması hiss olunurdu. O illərdə nis­bə­tən gənc Həmidə Abbasova, Həsən Mirzəyev, Bilal Muradov, Musa Həsənov, ha­be­­lə Zeynal Tağızadə, Mirzəcavad Bağırov, Böyükxanım Rəhimova, Sona Qası­mo­­­­va nüfuzlu dilçilərdi. İnsaf naminə, Afad Qurbanov istedadı ilə seçilirdi. Və bu, az sonra özünü doğrultdu. Gənc ikən elmlər namizədi və elmlər doktoru elmi dərə­cə­­lərinə yiyələndi...

Mənim məzunu olduğum Pedaqoji İnstitutla daima bağlılığım səngimə­miş­dir. Görünür, onun divarları soyuq olmamışdır, eləcə də müəllimləri, qayğılarını əsir­­gəməmişlər. Maraqlıdır, bu gün də nəsillərin dəyişməsinə baxmayaraq həmin ül­­fət, rəğbət qalır.

Professor Afad Qurbanov dilçi – alimlərimizdən ən məhsuldar fenomendir. Müx­­təlif sahələrində sanballı kitablar yazmışdır xeylisi məhz ali pedaqoji institular üçün­dür. Bu, onun təhsillə sıx bağlılığından irəli gəlir. Deməli, Afad Qurbanov sö­zün həqiqi mənasında müəllimdir – pedaqoqdur. Auditoriyada bunu daha peşəkar hiss etmək mümkündür.

A.Qurbanovu xeyirxah Vətən dilçisi hesab edirəm: onun aspirantları və dis­ser­­tantlarının sayını yalnız rəsmi siyahıdan bilmək olar. Şəxsən tanıdığım dost­la­rım­­dan, qələm sahiblərindən neçəsi məhz böyük alimin yetirmələridir: bəzilərinin dis­­sertasiya müdafiəsində iştirak etmişəm, hətta doğma Pedaqoji Universitetin rek­to­­ru işlərkən belə, özünü necə təmkinli, sadə, obyektiv apardığının şahidiyəm. Heç vaxt “Mən”lə yola getməmişdir, amma alimin  “Məni” fəaliyyətində idi. Bir fakt ki­­fa­yətdir ki: 1959-cu ildən Pedaqoji Universitetdəyəm (1965-1968 istisna ol­maq­la), bir neçə rektor görmüşəm, inzibatçısı da, sakiti də vardır, lakin Afad Qurbanov qə­­dər çevik, estetik ideallı, işinə haram qatmayan ikinci rektora rast gəlməmişəm. Bu ina­mımı sağ qalan yoldaşlar təsdiqləyə bilərlər! Universitetin simasını elə də­yiş­di – yal­nız qibtə etmək olardı...

Afad Qurbanov xaraktercə təmkinli, mühakiməcə məntiqli, söz eşitməkdə də­­qi­qliyi sevən, ətrafını görməyi bacaran şəxsdi. Digər keyfiyyətlərini də sada­la­maq müm­kündü, həssaslığına gəlincə: “Maarif” Dövlət Tədris Nəşriyyatına baş re­dak­­­tor, eləcə də, eyni vaxtda direktor əvəzi vəzifəsinə gələndə (1984-1992) Afad Qur­­ba­novun siyahıda (formal) dərslik – kitabına rast gəldim. Limit də məhduddu, nə­­za­rətdə idi. Əsəri (dərsliyi) daxili plana saldım, nəzarətimə götürdüm. Bir aydan son­­ra katibə dedi ki, Afad Qurbanov sizi görmək istəyir. Dərhal yerimdən qalxıb onu qarşıladım, içəri keçdi, üzbəüz oturduq, hiss elədim nəsə sözlüdür. Hazırdım ona cavab verim. Gözləmədiyim halda dedi:

 – Allahverdi müəllim, mən başqa məsələ barədə düşündüm. – Eynəyini çı­xart­­dı. – Gözləyirdim, xeyli sizin qəbulunuzda oturaram. Bura həmişə belə olmuş­dur. Siz isə. – Eynəyini dəsmalı ilə silib gözünə taxdı. – Ona görə ki elmə, alimə qiy­­mət verirsiniz. “Azərbaycan müəllimi”ndə (1976-1984) də bunu hiss eləmiş­dim...

Katibənin gətirdiyi çaydan içdi. – Onu qabaqladım:

– Professor, – dedim. –Yeni dərsliyinizi planlaşdırdıq. Çalışacam Mətbuat Ko­­mi­təsindən də keçirim.

Təşəkkür etdi. İşlədiyim dillərdə professor hər bir kitabının nəşrinə həssas­lıq­la ya­naşırdı, korrekturasınacan maraqlanırdı. Öncə görüşürdük, şirin söhbət edir­dik...

Afad Qurbanov sözün həqiqətində böyük də ziyalı idi, alimlərlə tərəf – mü­qa­­bil olmağı bacarırdı. Bu “bacarmaq” sözünü təsadüfən işlətmirəm: indi çox çətin “pe­­şədir”. Elmdə nə payı, nə də umacağı olmayan alimlərimiz var – iki kəlmə da­nış­mağı bacarmır, qulaq asmağı da. Amma tale məqamlarında şirə, aslana dönür­lər. Belə yarımçıqlar heyif ki, günbəgün azalmaq əvəzinə çoxalır. Mən kənarda ol­sam da qulağıma dəyirdi ki, vəzifədən düşəndən sonra görkəmli alimə “girişir”, san­­ki onun icazəsiylə oturub durmamışdır! Nə yaxşı, bu cür cırlar var – yoxsa yax­şı­­ların qədri bilinməzdi. Professor A.Qurbanov son nəfəsinəcən şəxsiyyətini qo­ru­du...

Mən həyatda pis yaşamamışam, saysız alimlərlə ünsiyyətim olmuşdur. Elə­siy­­lə söhbətim olmuşdu o məcraya gəlib – yazdıqları ilə öyünüb, şişirdib – fetiş­ləş­di­­rib. Lakin Afad Qurbanov belə amallı deyildi. Onun təvazökarlığı “görkəmliyini” üs­­tələyirdi və məşhur türk yazıçısı Yaşar Kamalın kəlamını xatırladırdı: “Mənim üçün yazdıqlarım yox, namusum önəmlidir”.

O, namusla yaşadı və əbədiyyata qo­vuş­du. Bir vaxt o, hər dəfə Universitetə ayaq basanda elə bilirdim qarşıma pro­fes­sor Afad Qurbanov qarşıma çıxacaq, ayaq sax­layacaq, beş-on dəqiqə söhbət edəcəyik.

Bu də­fə elə olmadı, birinci mərtəbəyə düşdüm. Alimin qızılgüllər içindən boy­la­nan şək­liylə üzbəüz dayandım. Onun nurlu sifəti, eynəyindən baxan gözləri lal­dı, sanki bü­tün sözlərini deyib qurtarmışdır. Bəli, həqiqətdi bu. O, deyə bilmə­di­yi sözləri öz ye­tirmələrinə vəsiyyət etmişdir...

Allahverdi Eminov

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR