Saat:22:06
Haqqımızda

“Onu məsuliyyətdən yayındırmaq üçün adını dəli qoyublar” - Psixoloq İranı ifşa etdi

2023-02-01 17:53:00

“Onu məsuliyyətdən yayındırmaq üçün adını dəli qoyublar” - Psixoloq İranı ifşa etdi

“Konkret həmin qatildən danışmamışdan qabaq onu deməliyəm ki, belə bir cinayət törədən insan psixatrik ekspertizadan keçməlidir. Lakin bu, o demək deyil ki, o ruhi xəstədir. Sadəcə, bu insanlar müayinədən və ekspertizadan keçməlidir”. 

Hurriyyet.az xəbər verir ki,bu sözləri yenisabah.az-a açıqlamasında tanınmış psixoloq Azad İsazadə deyib. 

O, Azərbaycanın Tehrandakı səfirliyində terror aktı həyata keçirən Yasin Hüseynzadədin ruhi xəstəxanaya yerləşdirilməsi faktına toxunub. 

Psixoloqa görə, onun heç bir xəstəliyi yoxdur: 

“Amma İran mətbuatı bununla bağlı düzgün ifadələr işlətməyib. Ona görə də bizdə bu barədə şübhələr yaranıb. Onlar düzgün olsaydılar, ilk növbədə, bu şəxsi psixi ekspertizaya göndərərdilər ki, məhkəmə bunun ruhi pozuntularının olub-olmamasını müəyyən etsin. Belə olan halda heç bir sual yaranmayacaqdı. İndi isə belə bir sual yaranıb ki, bəlkə bu adla qatili məsuliyyətdən yayındırmaq istəyirlər?”

“İndi isə gələk mənim gördüklərimə: sözsüz ki, videogörüntülərdə onun nə səsini eşitdik, nə də hərəkətlərinin normallığını gördük. Ona görə də diaqnoz qoymaq qeyri-mümkündür. Amma ruhi onun ruhi xəstəliyinin olması haqqında şübhələnməyə, məncə, heç bir əsas yoxdur, mən belə görmürəm. Çünki birinci hərəkət də düşünülmüş idi. Özü də hərəkətlərinə baxanda görünürdü ki, bu, çox hazırlıqlı bir adamdır, silahdan istifadə etməyi bacarır, eləcə də hərəkətlərində məntiqlilik var idi. Ona görə də gördüyümüz kadrlardan belə bir nəticə çıxara bilərik ki, bunda heç bir ruhi pozuntu və s. yoxdur”, - əlavə edib.

“Bəlkə bunu tutandan sonra istintaq zamanı hansısa sayıqlamalar dilə gətirə bilər, artıq bu, ayrı məsələ. Nəyi görmüşəmsə, onu deyirəm. Mənə elə gəlir ki, onun ruhi xəstəxanaya yerləşdirilməsi onun qorunulmasına hesablanıb. Onu məsuliyyətdən yayındırmaq üçün adını dəli qoyublar, özünə də deyiblər ki, “sus, danışma, biz səni dəli kimi saxlayıb sonra da azadlığa buraxarıq”. Bunları istisna etmirəm”, - yekunlaşdırıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR