Saat:02:00
Haqqımızda

Onlarla ailəyə pulsuz torpaq sahələri veriləcək - Gürcüstanda

2023-05-29 20:46:00

Onlarla ailəyə pulsuz torpaq sahələri veriləcək - Gürcüstanda

Təbii fəlakətlərdən zərər çəkmiş ailələr və məcburi köçkünlər dövlətdən simvolik qiymətə bir lari olmaqla 160 hektar torpaq sahəsi alacaqlar.

Qətnamə hökumətin bazar ertəsi, mayın 29-da keçirilən iclasında təsdiq edilib.

Hökumət iclasına Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə baş tutub. Nazirlər Kabinetinin üzvləri ümumilikdə 18 məsələni müzakirə ediblər.

Mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 133 ailə torpaq sahəsi alacaq. Torpaqlar üzərində yerləşən yaşayış sahələri ilə birlikdə verilir.

Mülkiyyətə verilən torpaq sahələri Xoni (İmereti), Axmeta, Laqodexi, Siqnaxi (Kaxeti), Tsalka, Tetritskaro, Marneuli (Kvemo Kartli), Ninotsminda (Samtsxe Cavaxeti) bələdiyyələrində yerləşir. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR