ONLARIN İSTƏDİYİ TƏKCƏ HAKİMİYYƏTİ MƏNİMSƏMƏK YOX, XALQI ÜZ-ÜZƏ QOYMAQ… - Eldar Sabiroğlu yazır

2023-02-13 12:38:00

ONLARIN İSTƏDİYİ TƏKCƏ HAKİMİYYƏTİ MƏNİMSƏMƏK YOX, XALQI ÜZ-ÜZƏ QOYMAQ… - Eldar Sabiroğlu yazır

Türkiyə çalxalanır, təbii fəlakətin xalqa gətirdiyi müsibət, dağıntılar altından çıxarılan on minlərlə insanın ölümü, hələ bundan sonra itkilərin daha nə qədər olacağını heç kimin deyə bilməyəcəyi bir zamanda bəzi qüvvələrin bu açıdan siyasi fayda götürmək kimi yaramaz plan və məqsədlərinin son dərəcə xain və riyakar bir həlqədə birləşməsini diqqətdən kənarda saxlamaq olmaz.

Onların istədiyi təkcə hakimiyyəti mənimsəmək yox, aranı qarışdırıb xalqı üz-üzə qoyaraq Türkiyənin  siyasi dayaqlarını zəlzələyə oxşar dəhşətli bir dağıntılar ölkəsinə çevirməkdən ibarətdir. Vəziyyət o həddədir ki, ölkədə vətəndaş müharibəsi hər an başlaya bilər. Bəli, burada başqa bir təhlükəli meylin olacağı da istisna deyildir.

Hadisələrin gedişat göstərir ki, Türkiyə hakimiyyətinə qarşı bu qalxınmada dəhşətli zəlzələ nəticəsində məhv olan, ailəsini, çoluq- cocuğunu itirmiş insanların bədbəxtçiliyi üzərində qurulan dramadan güclü Türkiyəni həzm edə bilməyən daxildəki qara qüvvələrlə yanaşı, bəzi xarici qüvvələrin olduğu da şübhə altındadır. Ola bilsin ki, hətta bu  çox təhlükəli oyunun içərisində zəlzələdən acılıq çəkmiş əhəliyə yardımlar göstərən müəyyən xarici təşkilatların fəaliyyətinin görünməz tərəfləri də mövcuddur. Çox yəqin ki, bunların araşdırılmasına ciddi ehtiyac duyulacaq.

Bunun öhdəsindən Türkiyənin xüsusi xidmət orqanlarında çalışan təcrübəli, peşəkar əməkdaşlarının gələ biləcəyinə inanıram. Fəqət, içimdəki sarsılmaz inama görə Türkiyə dövləti və xalqı bu acı fəlakətə təslim olmayacaqdır. Türk milləti son hesabla evini, ocağını itirmiş qardaşlarımızın bu müsibətli həyatını dərindən anlayır. Sadəcə, zaman gərəkdir ki, 13 milyonluq əhalisi olan bir ərazidə dağıntıların geniş miqyasını diqqətə almaq gərəkdir. İndi müxalifət-iqtidar deyib qanlı-bıçaq döyüşünə qalxmağın vaxtı deyil. Adətən, bu cür vəziyyətlərdə insanlarımız bir-birinə daha sıcaq qayda da yanaşır, biri digərinin dərdinə, əzabına qatlaşır. Mən cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın göz yaşları içərisində boğulduğuna baxa bilmirdim. Adamı dərd qocaltdı... üç günün içərisində. Millətin kədər və hüznü onun gözlərinə çöküb!

Eldar SABİROĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178201