Onlardan birinin adı “dünyanın ən nüfuzlu yəhudiləri” siyahısına salındı

Hurriyyet.az xəbər verir ki, “Yerusəlim Post” (Jerusalem Post) nəşri bütün dünyanın ən nüfuzlu yəhudilərinin ənənəvi illik siyahısını dərc edib. “Vaqner” özəl hərbi şirkətinin təməlini qoymuş Yevgeni Priqojinin adı bu il həmin siyahıya salınıb.
Nəşr Priqojinə əks cəbhədə olmuş Ukrayna Prezidenti Vladimir Zelenskinin adını siyahıya salmayıb.
Siyahı 50 addan ibarət olur. Lakin Priqojinin adı orada əlavə edilən 52-ci yerdədir. 51-ci yer İsrail bayrağına verilib.
Priqojinin bioqrafiyasında yazılıb ki, o, restoranlar imperiyasını və 2016-cı ildə ABŞ-dakı seçkilərə müdaxilədə əli olan “trollar fabriki”ni qurub. “Lakin “Vaqner” özəl hərbi şirkətinin başçısı vəzifəsindəki fəaliyyəti onun irsini daha da böyük edib”.
Qəzet yazır: “Priqojin milliyyətcə yəhudi olan ögey atasının köməyi ilə hot-doqlar satılan köşkü yüksək səviyyəli restoran imperiyasına çevirib və Putinin baş aşpazı kimi məşhurlaşıb”.
Qəzetin yazdığına görə, Priqojinin İsrail vətəndaşlığı almaq hüququ olub – çünki Priqojinin 9 yaşında vəfat eləmiş doğma atası da yəhudi olub.
Priqojinlə birlikdə dünyanın ən nüfuzlu yəhudiləri sırasına bu adamların adları düşüb: İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ Dövlət katibi Entoni Blinken, “The Wall Street Journal” nəşrinin Rusiyada casusluq ittihamı ilə həbs edilmiş jurnalisti Evan Qerşkoviç. Ötən il Ukrayna Prezidenti Vladimir Zelenskinin də adı bu siyahıda olub.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya