Saat:05:26
Haqqımızda

ONLAR YENİ VƏZİFƏYƏ TƏYİN OLUNDULAR - Nazir əmr imzalayıb

2024-10-31 11:00:53

ONLAR YENİ VƏZİFƏYƏ TƏYİN OLUNDULAR - Nazir əmr imzalayıb

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.

Bundan başqa, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.

Həmçinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.

Qeyd edək ki, E.Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri, A.Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.210375