Saat:17:55
Haqqımızda

Onlar pensiyaya çıxanda ağlayırlar - Siyavuş Novruzov

2024-03-29 15:11:38

Onlar pensiyaya çıxanda ağlayırlar - Siyavuş Novruzov

“Bu gün heç kim 65 yaşında pensiyaya çıxmaq istəmir. Ən azı bir neçə il də qalıb işləmək istəyirlər. Belə olan halda pensiya yaş həddini aşağı salınması düz deyil”.

Hurriyyet.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün nə müəllim, nə tibb işçisi, nə elm sahəsində işləyən, nə ali məktəbdə çalışan 65 yaşda pensiyaya çıxmaq istəyir. “Ona deyəndə ki artıq pensiya vaxtındır, çıxmalısan, başlayır ağlamağa. Elm sahəsində isə elə insanlar var ki, 65 yaşında elmi dərəcəni müdafiə edir. Ona görə də pensiya yaş həddini aşağı salınması düzgün yanaşma deyil”, - o qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR