“Onlar milləti yox, Cahangir Əsgərovun cibini fikirləşirlər” - ETİRAZ

2022-06-20 17:55:00

“Onlar milləti yox, Cahangir Əsgərovun cibini fikirləşirlər” - ETİRAZ

“Məndə olan məlumata görə, yaxın günlərdə quru sərhədlər açılacaq”.

Hurriyyet.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Onun sözlərinə görə, dünya ölkələrinin heç birində aviabiletlər Azərbaycandakı kimi baha deyil:

“Quru sərhədləri də bu vaxta qədər ona görə açmırdılar ki, aviabiletlər baha olsun. Bunların hamısı monopoliyadır. Aviabiletləri bahalaşdıranlar camaatı yox, Cahangir Əsgərovun cibini fikirləşirlər. Quru sərhədlər açılmalıdır. Bizim Gürcüstanda yarım milyondan artıq soydaşlarımız var. Yay tətilini qohumlarını görməyə getmək istəyənlər çoxdur. Biri var ki, öz avtomobilinlə ailə-uşağını götürüb rahat gedəsən, biri də var Cahangir Əsgərovun təyyarəsinə minib 500-600 manat pul ödəyəsən. Məndə olan məlumata görə, yaxın günlərdə quru sərhədlər açılacaq”.

H.Hacıyev bildirir ki, milləti bu dərəcədə incitmək olmaz:

“Biz bu məsələyə çox pis baxırıq. Fikrimcə, sözügedən məsələ ciddi şəkildə müzakirə olunur və öz həllini tapacaq. Bizim Şuşa səfərində Milli Məclisin deputatları ilə söhbətlərimiz oldu. Bir sıra deputatlar parlamentin iclaslarında bununla bağlı məsələ qaldırıb. Naxçıvana gediş-gəliş aviabiletlərinin də qiyməti artıb. Ümid edirik ki, yaxın günlərdə bu problem də öz həllini tapacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya