“Onlar məclisdə tullanıb-düşüb, gic-gic mahnılar oxumurlar” - Oqtay Əliyev

2022-08-23 14:30:00

“Onlar məclisdə tullanıb-düşüb, gic-gic mahnılar oxumurlar” - Oqtay Əliyev

Artıq neçə ildir ki, cəmiyyətimizi “bayağı mahnılar” problemi narahat edir. Bu barədə müzakirələrə həm efirlərdə, həm də sosial şəbəkələrdə tez-tez rast gəlmək mümkündür.

Doğrudanmı bu, deyildiyi qədər böyük problemdir? Problemdirsə, həll yolu varmı? Varsa, nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “SOY” prodakşnın rəhbəri, rejissor Oqtay Əliyev bildirib ki, bu cür mahnılar heç də yaddaşlarda qalmır və bir neçə gün sonra trenddən düşərək tarixə qovuşur:

“Cəmiyyət azaddır, onlar nəyi istəyirsə, onu da dinləyir. Hər şeyin öz vaxtı var, bayağı mahnılar əbədi deyil. Cəmiyyətin çox hissəsi heç o bayağı mahnılara üstünlük də vermir. Sadəcə olaraq o mahnıların ritmi beyninə düşür, yaxud sözləri təkrar olunur deyə insanın dilinə düşür, dinləyir. Bu da 1 həftə, 10 günlükdür. Eyni çiyələk, gilas mövsümü kimidir. Təzə mahnı çıxır 10 gün dinlənilir, trendə düşür, sonra yaddan çıxır”.

O.Əliyev “Toylar bayağı mahnılarla cəmiyyətin zövqünü korlayır” fikri ilə razılaşmadığını deyib:

“Bu fikirlə qətiyyən razı deyiləm. Məhərrəm ayından əvvəl mən də toyda olmuşam, toylarda ancaq bayağı mahnılar ifa edilir demək doğru deyil. Məsələn, Vasif Məhərrəmli, Aqşin Abdullayev, Zamiq, Abbas Bağırov hamısı toyda öz repertuarlarını oxuyurlar. Onlar məclisdə tullanıb-düşüb, gic-gic mahnılar oxumurlar. Öz repertuarlarını ifa edirlər, məclisdə kimsə gəlib “filan mahnını oxu” deyib, sifariş edəndə də deyirlər “Mənlik deyil”. Kənarda yeni oxuyan müğənnilər olur, onlara “zapas müğənnilər” deyirlər, həmin bayağı sifarişləri onlar oxuyurlar. Belə sifarişlər də mütləq ki, olur, necə ki, illərdir toylarda “İran təranələri”nə rəqs edirlər. Adlı-sanlı, toylara gedən müğənnilərimiz heç vaxt bu cür sifarişləri oxumurlar. Toylarda Könül Kərimova, Mətanət İsgəndərli ilə tez-tez qarşılaşıram. Məsələn, sonuncu dəfə Mətanət İsgəndərlini gördüm, təsəvvür edin, o toya girib öz mahnılarını ifa edəndə millət başına pərvanə kimi dolanır. Bəzən olur ki, bir nəfər pulunu verib deyir ki, mən filan mahnını xoşlayıram onu oxu, onda mikrofonu təzə çıxan müğənnilərə verirlər ki, gəl oxu. Əvvəllər bilmirəm, amma son dövrlərdə toylarda zövqsüz, bayağı mahnılar oxumurlar, öz repertuarlarında nə varsa, onu da oxuyurlar”.  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063237