Saat:10:03
Haqqımızda

“ONLAR HƏLƏ DƏ ERMƏNİSTANI QUBERNİYA BİLİRLƏR” – Simonyan-Matvienko “qarşıdurması” davam edir

2024-04-26 14:11:10

“ONLAR HƏLƏ DƏ ERMƏNİSTANI QUBERNİYA BİLİRLƏR” – Simonyan-Matvienko “qarşıdurması” davam edir

Məlum olduğu kimi, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistan parlamentinin sədri Alen Simonyanın ünvanına kəskin iradlar bildirib. Buna səbəb kimi o, Simonyanın son bəyanatlarını və ümumilikdə Rusiya ilə bağlı “qeyri-dost münasibətini” göstərib. Matvienko bu məsələ ilə bağlı izahat almaq üçün Ermənistan parlamentinə rəsmi müraciət edildiyini də söyləyib.

Hurriyyet.az xəbər verir ki, Ermənistan mətbuatına danışan Alen Simonyan Rusiya Federasiya Şurasından parlamentə hər hansı məktubun, müraciətin daxil olmadığını deyib.

Qeyd edək ki, Rusiyanın narazılığına səbəb Aprelin 22-də Alen Simonyanın Avropa İttifaqına üzv ölkələrin parlament başçılarının konfransındakı çıxışı zamanı söylədikləridir. Onun xüsusilə də “Ermənistan Ukraynanın, eləcə də Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir” bəyanatı Kremlin xoşuna gəlməyib.

Simonyan Matvienkonun məktubunun hələ daxil olmadığını qeyd edərək, deyib: “Qoy məktub gəlsin, görək orada nə yazılıb. Konfransın mövzusu “Rusiyanın Ukraynaya təcavüzü” olub. Mən onların(Rusiyanın-red.) emosiyaları ilə oynamamaq üçün “qanunsuz” sözünü çıxardım. Mənim çıxışımda beynəlxalq hüquqa uyğun olmayan heç nə yox idi. Mən nə dedim ki? Ermənistan Moldovanın, Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü tanımır? Burada nə yenilik var? Sadəcə, hamısını bir yerə yığdım və ifadə etdim. Hətta Belarus belə Rusiyanın öz ölkəsinin yeni hissələri adlandırdığı əraziləri tanımadı, Türkiyə də tanımadı, Türkiyə hətta Krımı tanımadığını açıq şəkildə bildirdi. Başa düşmək istəyirəm, onların ancaq bizdən inciməyə cəsarətləri çatır? Yeganə problem odur ki, onlar Ermənistanın müstəqil dövlət kimi çıxış etməli olduğunu dərk etmirlər. Onların fikrincə, biz bu günə qədər quberniya olaraq qalırıq. İfadəmə tədbirin adı daxil idi, hətta onların xatirinə “qanunsuz” sözünü də çıxardım. Mən yenə də təsdiq edirəm ki, bütün ölkələrin öz əraziləri var. Onları bu qədər əsəbiləşdirən nədir?”

Simonyan sonda Ermənistanın bütün postsovet ölkələrinin ərazi bütövlüyünü tanıdığını vurğulayıb.

Xatırladaq ki, Azərbaycan da ən yüksək səviyyədə Ukraynanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə ifadə edib. Ancaq eyni zamanda onu da qeyd etməliyik ki, 44 günlük müharibəyə qədər Simonyan da daxil olmaqla, Paşinyan komandası qətiyyən bu cür düşünmür və danışmırdı…

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.178479