Onlar da Şəfiqə Məmmədovanın ittifaqını tərk etdi

2023-01-26 09:37:00

Onlar da Şəfiqə Məmmədovanın ittifaqını tərk etdi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) 20-yə yaxın üzvü qurumu tərk edib.

Hurriyyet.az-ın məlumatına görə, onların arasında Xalq artistləri Ramiz Məlik, Əbdül Mahmudov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Əməkdar rəssam Fikrət Ələkbərov, ssenarist Reyhan İsayeva və digərləri var.

Adıçəkilən üzvlər ARKİ-ni bir müddət əvvəl baş tutmuş sədr seçkilərinə etiraz əlamət olaraq tərk ediblər.    

Xatırladaq ki, ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. İddialara görə, Ş. Məmmədova ARKİ üzvlərinin iştirakı olmadan seçkilər keçirib, özünü sədr elan edib.

Ötən günlərdə isə ARKİ üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158669