Saat:04:12
Haqqımızda

Onlar 40 il əvvəl Azərbaycanda təhsil alıblar (FOTO)

2024-05-07 19:57:44

Onlar 40 il əvvəl Azərbaycanda təhsil alıblar (FOTO)

Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının 40 il əvvəl Azərbaycanda təhsil almış üzvləri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Vyetnamdakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda səfərdədir. 

5-10 may tarixini əhatə edəcək səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşlərdə iştirakı və Şuşa şəhərini ziyarətləri nəzərdə tutulub. 

Assosiasiya üzvləri tərəfindən Laosda və Vyetnamda Azərbaycanın təmsil olunması, habelə ölkəmizin müvafiq qurumlarının sözügedən Assosiasiya ilə əməkdaşlıq əlaqələrinin qurulması və onların ikitərəfli layihələrə cəlb edilməsi imkanları nəzərə alınaraq Azərbaycana səfərləri Komitə tərəfindən dəstəklənib. 

Qaynarinfo.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000254