Saat:23:50
Haqqımızda

Onkoloqdan xərçəngdən qorunmaq üçün metodlar – Hansı effektsizdir?

2024-02-13 21:20:16

Onkoloqdan xərçəngdən qorunmaq üçün metodlar – Hansı effektsizdir?

Belə bir tendensiya var ki, ətdən və şəkərdən imtina etdikdə, xərçəngdən qorunmaq olar. Eləcə də gizli gedən xərçəngə qandan onkomarker analizi göstərir və müntəzəm bu analizləri yoxlamaq lazımdır.
Ümumiyyətlə, xərçəngdən öncədən qorunmaq mümkündürmü?
Onkoloq Suna İsakova bu barədə məlumat verib.
“Hər hansı ərzaqdan imtina xərçənglə mübarizə üçün əsaslı metod deyil.
Bu barədə sübutli elmi əsas yoxdur. Qidalardan heç biri yüksək riskli kanserogen deyil. Amma hər gün qırmızı ət, kolbasa, sosis, hisə verilmiş ət yemək bağırsaq xərçəngi riskini 2 dəfə artırır.
Eləcə də həkimsiz, sadəcə ildə 1-2 dəfə onkomarker analizi verməyin mənası da yoxdur.
Analizlər başlanğıc mərhələdə heç bir şişi göstərmir, onkomarkerlər isə başqa xəstəliklərdə də yüksələ bilir.
Onkomarkerlər artıq yeni törəmə aşkar olunduqda, onu nəzarətdə saxlamaq üçün verilir.
Bəzən olub ki, ağır mərhələdə belə onkomarkerlərin səviyyəsi stabil qalıb, bəzən isə başqa xəstəlikdən qalxıb.
Profilaktik məqsədlə məhz bu analizi vermək lazım deyil. Amma digər müayinələr olmalıdır.
Ən doğru analizlərdən biri antigen-onkomarkeridir, erkən diaqnostikada yardım edir.
Xərçənglə mübarizə üçün birincili və ikinli tədbirlər var. Birincili xəstəliyin qarşısını almaq, ikincili isə onu ilkin mərhələdə aşkar etməkdir.
Birinci növbədə, siqaret, içki, solari, UVÇ şüalanma, artıq çəki, hərəkətsizlik, zərərli qidalanmadan imtina etmək lazımdır.
Eləcə də insan özünü kontrol edib, özünü müayinə etməyi bacarmalıdır. Bunun üçün dəri, dil, süd vəzi, prostat vəzi mütəmadi müşahidə olunmalıdır”.\\Medicina.Az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR