Saat:03:12
Haqqımızda

“Ondan ötrü şəhid vermədik ki, siz oturub rahat-rahat pul yığasınız...”- ŞİKAYƏT

2024-09-16 15:45:31

“Ondan ötrü şəhid vermədik ki, siz oturub rahat-rahat pul yığasınız...”- ŞİKAYƏT

Bakı şəhəri, Xəzər rayonu, Buzovna Qəsəbəsi, Qədəmgah küçəsi, ev 36 ünvanında yaşayan ailənin üzvləri - Dadaşov Namiq Hacıbaba oğlu, Dadaşova Nərminə Hacıbaba qızı və Dadaşov Rasim Hacıbaba oğlunun Məhkəmə Hüquq Şurasının üzvü, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova yazdıqları ərizə ilə bağlı Məhkumların Müdafiəsi İctimai Birliyinin Facebook səhifəsində olan paylaşımı diqqətimizi çəkmişdir. Odur ki, FB səhifəsində  gedən paylaşımı həmin başlıq altında olduğu kimi dərc etməklə yanaşı, redaksiya olaraq sonda öz mövqeyimizi də bildiririk.

Şikayətçi yazır:​​​​

“Hörmətli Mübariz Əkbərov!

Bildiririk ki, biz əslən köklü Bakılıyıq. Kənd adamlarıyıq. 44 günlük müharibədə övladımız ŞƏHİD olmuşdur. Şəhid ailəsiyik.

Başımıza gətirilən müsibətlərlə bağlı məhkəmələrə üz tuturuq. Məhkəmələrdə haqsızlıq, ədalətsizlik, korrupsiya, rüşvət baş alıb gedir. Sizin sədri olduğunuz Apellyasiya Məhkəməsi hamısından betərdir. Bir daha qeyd edirik ki, biz şəhid ailəsiyik, torpaq-vətən uğrunda övlad vermişik. Ondan ötrü şəhid verməmişik ki, siz  oturub rahat-rahat pul yığasınız. 

Sizdən xahiş edirik, bizi şəxsən qəbul edəsiniz”.

Redaksiyadan: Dadaşova Nərminə Hacıbaba qızının, Dadaşov Rasim və Dadaşov Namiq Hacıbaba oğullarının müraciətindən belə başa düşmək olur ki, onları Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov qəbul etməmişdir.

Hörmətli Mübariz müəllim, dövlət və hökumət başçısının göstərişi var ki, hər yerdə şəhid ailələri növbədənkənar qəbul edilsinlər. Azərbaycan Respublikası Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində belə, şəhid ailələrini növbədənkənar qəbul edirlər. Heç kimin, o cümlədən də Bakı Apellyasiya Məhkəməsi sədrinin haqqı çatmır ki, şəhid ailəsini qəbul etməsin və yaxud da bezdirsin, aylarla get-gələ salsın. Şəhid ailəsi sizdən pul istəməyə, çörək dilənməyə yox, yəqin ki, hansısa hakim tərəfindən hüquqlarının pozulduğu, üzləşdiyi haqsızlıqla bağlı dərdini deyəcəkdir. Bəlkə şəhid ailəsi sizə elə bir xəbər verəcək ki, həm sizin, həm də dövlətimizin xeyrinədir.

Əks təqdirdə, şəhid ailəsini qəbul etməməklə, demək, sizin hər şeydən xəbəriniz var, elə həmin ədalətsizliyin başında siz özünüz durursunuz.​ Bu hərəkətlərlə, siz, bu gün Bakı Apellyasiya Məhkəməsində daha nələr baş verdiyindən xəbər verirsiniz!?

İnanırıq ki, tezliklə səhid ailəsini qəbul edəcək və ölçü götürəcəksiniz…

Allah bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin...

Bu məsələni Məhkəmə Hüquq Şurası vasitəsi ilə nəzarətdə saxlayacağıq...

V.HƏSƏNOVA

Redaksiyadan: Müraciətdə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229407