Saat:06:19
Haqqımızda

Omikrona yoluxduqda, KT etməyə gərək varmı? - Həkim radioloq

2022-01-29 19:59:00

Omikrona yoluxduqda, KT etməyə gərək varmı? - Həkim radioloq

“Yoluxma sayı artsa da, ağırlaşma sayı azalıb, panikaya əsas yoxdur. Qorxu, stres, panika immuniteti zəiflədir. Ağırlaşanlar isə əsasən peyvənd etməyənlərdir”.

Hurriyyet.az xəbər verir ki, həkim-radioloq Aydın Əliyev son zamanlar ölkəmizdə koronavirusa yoluxmaların sayının artması ilə bağlı fikirlərini bölüşərkən belə deyib.

O deyib ki, əgər peyvənd olunmayanlar varsa, gec olmadan bunu etsinlər. Yoluxanlar isə O2 saturasiyasının 95-dən çox olduğu təqdirdə panikaya düşməsinlər:

“Əgər 95-dən azdırsa, müayinədən keçin və müvafiq müalicəni alın. Yoluxmusunuzsa, dərhal KT müayinəsinə getməyin, öncə O2 saturasiyasını ölçün, 95-dən çoxdursa, KT-yə ehtiyac yoxdur. Boş-boşuna şüa qəbul etməyin. Əgər O2 saturasiyası 95-dən azdırsa, yenə də KT-yə ehtiyac yoxdur. Sadə rentgen müayinəsi ağciyərdəki “buzlu şüşə” mənzərəsini göstərəcək və buna uyğun müalicəni alacaqsınız”. \\Medicina

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR