Saat:10:18
Haqqımızda

''Omicron" ştammı nə qədər təhlükəlidir? - almaniyalı həkimdən AÇIQLAMA

2021-11-30 21:54:00

''Omicron

Cənubi Afrikada aşkarlanan  koronavirus infeksiyasının "Omicron” ştammı  digər ştamlara nisbətən yüksək təkrar yoluxma riskinə malikdir. Artıq bu ştama yoluxma Avropa ölkələrində də qeydə alınıb. 

 

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev Anews.az-a bildirib ki, Omicron ştammı daha çox xəstəliyi əvvəl keçirmiş  və peyvənd olunmuş insanlarda müşahidə olunacaq. Belə ki,  6 ay öncədən xəstələnmiş və yaxud peyvəndindən 6 ay keçmiş insanlarda bu ştamma daha çox rast gəlinir.  Azərbaycanda yeni virus variantına -"B11529” qarşı görülməli vacib tədbirləri diqqətə çatdırmaq lazımdır.

 

''Hazırda ştammın gedişatı analiz edilir. Elə bir elmi təqdiqat yoxdur ki, çox ağır və yaxud çox yüngül şəkildə müşahidə olunacaq. İlkin müşahidələr göstərir ki, yoluxma əmsalı yüksək ola bilər. Önəmli məqamlardan biri də peyvəndlərdir ''.

 

Bəs peyvəndlər bu ştamma nə qədər təsir edəcək?

 

''Biz bilirik ki, peyvəndlərin müəyyən zamandan sonra effektivliyi itir. Delta variantında da bunu gördük. Peyvəndin müəyyən faizlə effektivliyi aşağı düşə bilər. Amma bu o demək deyil ki, bizim bu gün bildiyimiz effektiv peyvəndlər tamamilə öz effektivliyini göstərsin. Digər tərəfdən Buster dozasının effektivliyi təxminən 20 dəfəyə qədər yüksək olduğu halda elmi cəhəttən artıq əminliklə deyə bilərik ki, bu peyvənd də təsir edəcək. Müəyyən yaş qrupları var ki, 60 yaş və üstü insanların sayı çoxdur və həmin insanlar virusa yoluxarsa, bu ştammı ağır keçirə bilərlər.

 

Epidemioloji cəhətdən Omicronun yayıldığı indiki zamanda müəyyən daxili qapanmaların tətbiqi və Azərbaycana hava yolu ilə olan səyahətlərə məhdudiyyətin qoyulması ola bilər. Virusun Cənubi Afrikadan gəlməsi heç də onun orda yaranması demək deyil. Artıq Belçika və Hollandiyada yeni virus variantının olması rəsmən təsdiqlənir. Bəzi müzakirə olunur ki, təşvişə ehtiyac yoxdu, gözləmək lazımdır. Ancaq  bu cür yanaşma doğru deyil. Gözləmək yox, doğru strategiya seçmək lazımdır. Virusun Azərbaycana gəlməsi qaçılmazdır. Biz hələ dəqiq bilmirik ki, kliniki gedişata  ciddi təsir edəcək ya yox.

 

Vacib məqamlardan biri isə bu günə qədər peyvənd olunmayan şəxslərə və ya saxta peyvənd passportu alan şəxslərə açıq xəbərdarlıq etmək və onları növbəti iki həftə ərzində effektiv peyvəndlənməyə səsləməkdir. Əks halda bu şəxslər üçün epidemioloji olaraq sərt karantin rejimini tətbiq etmək hazırki vəziyyətdə ehtimal olunacaq'', - deyə doktor əlavə edib.

 

Omicronu aşkar edən Cənubi Afrikalı həkim Angelique Coetzee BBC-ə açıqlamasında bildirib ki, bu günə qədər izlənilən xəstələrdə son dərəcə yüngül simptomlar var, ancaq həssas insanlar üçün xəstəliyin ciddiliyini bilmək daha çox vaxt aparacaq. Alfa, beta, qamma və delta variantları COVID-19-un bütün dünyada yayılan minlərlə müxtəlif versiyalarından yalnız bəziləridir.

 

Elm adamları Cənubi Afrikada Omicron kimi tanınan ən yeni COVID-19 variantının indiyə qədər gördükləri ən pis variant olmasından narahatdırlar.

 

Aytac Zeynalova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR