Ombudsmanın maaşı artır - 3 min alacaq

2022-06-22 15:07:00

Ombudsmanın maaşı artır - 3 min alacaq

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır. 

Hurriyyet.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. 

Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya