Ombudsman Fransa Senatının qərarı barədə bəyanat yaydı

2022-11-16 12:57:00

Ombudsman Fransa Senatının qərarı barədə bəyanat yaydı

“Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransa Respublikasında beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ombudsman Səbinə Əliyeva bəyanat yayıb:

“BMT-yə üzv olan bütün dövlətlərə, o cümlədən, Fransa dövlətinə münasibətdə məcburi xarakter daşıyan sənədlərdən biri də BMT-nin Nizamnaməsidir.

Beynəlxalq hüququn bir sıra əsas prinsiplərinin təsbit olunduğu BMT Nizamnəməsinin 2-ci maddəsini, 1975-ci il Helsinki Yekun Aktını və bu sənədlərdə təsbit olunmuş prinsipləri, xüsusilə, dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyünə və əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsiplərini bir daha Fransa Senatının üzvlərinə xatırladaraq qəbul edilən qətnamədə yer alan fikirlərin beynəlxalq hüququn sadalan prinsiplərinə zidd olduğunu, Fransanın növbəti dəfə sülh prosesinə mənfi təsir göstərən, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradan qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.

30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz nümunəsidir. Ermənistanın siyasi-hərbi hakimiyyətinin törətdiyi vandalizm aktları nəticəsində xeyli sayda uşaq və qadın olmaqla, minlərlə mülki şəxs həyatını itirmiş və ya yaralanmış, eyni zamanda regionda ciddi humanitar problemlər ortaya çıxıb. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələri də icra olunmayaraq kağız üzərində qalıb. Azərbaycan isə bütün bunlara baxmayaraq Ermənistanla aralarında olan gərginliyi azaltmağa yönələn fəaliyyət həyata keçirmiş, dünya ölkələrindən beynəlxalq hüquq çərçivəsində haqlı mövqe sərgiləmələrini tələb edib.

Azərbaycan Ombudsmanı olaraq dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu müharibə cinayətləri, torpaqlarımızın davamlı olaraq minalarla çirkləndirilməsi, dörd mindən çox itkin düşmüş soydaşlarımızın taleyi barədə Ermənistan tərəfindən heç bir məlumatın verilməməsi və digər bu kimi beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətə ünvanladığım bəyanat və müraciətlərə Fransa hökuməti tərəfindən hər hansı münasibət bildirilməyib”, - deyə bəyanatda bildirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.182776