Saat:08:41
Haqqımızda

Ölümündən sonra Putin tərəfindən təltif edildi

2024-07-08 22:01:04

Ölümündən sonra Putin tərəfindən təltif edildi

“Crocus City Hall”da terrorçunu zərərsizləşdirmək istəyərkən həlak olan Vnukovo Beynəlxalq Hava Limanının əməkdaşı Valentin Nikolaenkov ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

“Vətəndaş borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və şücaətə görə, “Vnukovo Beynəlxalq Hava Limanı” Səhmdar Cəmiyyətinin İdarəetmə və Koordinasiya Mərkəzinin direktoru Valentin Viktoroviç Nikolaenkov “İgidliyə görə” ordeni ilə təltif edilsin (ölümündən sonra)”, - fərmanda deyilir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.152230