Saat:13:39
Haqqımızda

Ölkəyə ermənilərdən artıq ziyan vuranlar hələ də kefdədirlər

2021-09-21 09:57:00

Ölkəyə ermənilərdən artıq ziyan vuranlar hələ də kefdədirlər

Erməni qatildir canidir, mili düşmənimizdir, bunu başa düşdük, amma bizim simasız vəzifəli quldurlarla müqayisədə məsum bəndəyə oxşayır...

Milli düşmənə kin, nifrət saxlamaq, əvəz alındı, ya alınmadı, onu ziqiymət miras kimi gələcək nəsillərə əmanət vermək hər xalqın hünəri deyil. Polyak min il də ötsə, neçə üsuli-idarə dəyişilsə də Rusiyanın qərinələr boyu vətəninin başına gətirdiyi müsibətləri unutmur. 1945-ci ildə Sovet qoşunları Hitler Almaniyasının belini qıranda polyakların silahlı qüvvələri əllərindən gələni beş qaba çəkdilər. Cəbhə xəttindən baş götürüb qaçan dinc almanlara rəhm edən yox idi. Polyaklar 1939-cu ildə düçar olduqları biabırçı məğlubiyyətin əvəzini artıq müqavimət göstərə bilməyən günahsız almanlardan alırdılar. Baş vermiş dəhşətlər barədə indi də danışmaqdan utanmırlar.  Polyak özünü haqlı sayır. Rusiya imperiyası neçə dəfə Polşanı didib parçalayıb. Qalxan xalq üsyanları elə amansızlıqla yatırılıb ki, indi bəzi sənədləri oxuyanda adamın inanmağı gəlmir. İlahi, bəni-Adəmdə də bu qədər qansızlıq olarmış!

Tadeuş Kostyuşkonun üsyanı yatırılanda rusların milli iftixarı Suvorovun hərbi hissələri elə rəzalətlərə yol vermişdilər ki, polyaklar indi də bu barədə sakit danışa bilmirlər.

1939-cu ildə ikinci dünya müharibəsi başlayanda bir tərəfdən Hitler, digər tərəfdən də SSRİ Polşaya soxulub, onu öz aralarında böldülər.  Sovet cəza orqanları tərəfindən ölüm düşərgələruində qətlə yetirilmiş polyak ziyalıların, hərbçilərin  hələ indi də sayı dəqiqləşdirilməyib. Sonralar Polşa sosialist lagerində SSRİ ilə bir olsa da heç bir vaxt ona edilən zülmləri unutmadı. Görün, bu nifrət nə qədər böyükdür ki, Polşa hökuməti indi dəı xüsusi təntənə ilə keçirilən antifaşist tədbirlərə, yığıncaqlara Rusiyanı dəvət eləmir. Bəziləri ukraynalıların Moskvaya nifrətinin çox səbəblərini bilmir, təəccüblənirlər, mənşə bir, tarix Ukrayna Rusiyaya birləşdirildikdən sonra Moskva məmurları ukraynalıları məgər adam yerinə qoyurdular? Bir quberniyada Ukrayna dili keçmirdi. Mən qərbi Ukrayna əhalisinin Rusiyaya nifrətindən, bunun kökündən daha danışmıram. Bu, dünyaya bəllidir. Baltikyanı xalqların Moskvaya neqativ münasibətinin səbəbblərini hamı bilir. Bu xalqlar Rusiyaya açqdan-açığa müharibə elan etməyiblər, yaxşı bilirlər ki, silahla heç nə edə bilməyəcəklər. Estonun, latışın, litvalının bir etibarlı silahı var, harada olursa-olsun rusu saymamaq, ona məhəl qoymamaq, dindirəndə də onun dilində danışmamaq. Hər üç xalq bütün dini, milli ənənələrini göz bəbəyi kimi qoruyub, başqalarının da bu məsələlərə müdaxilə etməsinə imkan vermir. Latış min il qalsa ruslaşmış azərbaycanlı kimi əcnəbiyə xoş gəlmək xatirinə bir milli ayinini redaktə etməz. Belə axmaq şeylər ancaq bizim alnımıza yazılıb. 

Beş-altı azərbaycanlı kişi bir yerdə duranda onlara bir gözəgəlimli rus qadının yaxınlaşıb söz soruşması kifayətdir ki, hamısı hayıl-mayıl olub başlayacaq dil-dil ötməyə.

İndiyənə kimi heç nədən ibrət almamışıq!

Sağ  olsunlar bizim kinooperatorlar, qeyrətli jurnalistlər, onların sayəsində biz yerlə yeksan olmuş şəhər və kəndlərimizin tükürpədici mənzərələrini görürük. Bu, vandalizm aktı deyil, çox nadir hallarda təsadüf edilən maniakal kin-küdurətdir. Ermənilər belə əməllərə hələ ötən əsrin əvvəllərində qol qoymuşdular. Biz unutduq, kommunist satqınların təbliğatına uyaraq şəhər və kəndlərimizin hər yerində qatillərin adlarını əbədiləşdirdik. Qisas yada düşmədi.

İkinci dəfə eyni bəla ilə üzləşdik, amma bu daha beşbetərdir. Yüzə yüz faiz əminəm ki, bütün bunları da unudacağıq. İşimiz-gücümüz səlib dünyası qarşısında reverans edib acizanə danışmaqdır, bizə inanın, biz tolerant xalqıq. Bakının tən ortasında erməni kilsəsi ucalır, kitabxanası da öz yerində, yəqin ki, arsızlığımızdan istifadə edib ermənilər qayıdacaqlar, onsuzda onların bizim dövlət sistemində nə qədər istəsəniz qohum-əqrəbası var... Belə xəlq olunmuşuq, inadkarlıq, kin saxlamaq, min cildə girmək istedadı ermənidə, unutqanlıq, arsızlıq, hər avantürist fitnə-felinə uymaq, kefdən, yeyib-içməkdən qalmamaq da bizdə...

...Televizorun qarşısında oturmaqdan peşman olursan. Dünən Heydər Əliyevin, dövlətçiliyi qorumaq istəyənlərin üzərinə çirkab atanlar yaltaqlamada bəhsə giriblər. Tüpürcək də bunlar üçün artıqdır!

...Kinolentlərdə 90-cı illərin əvvəllərində baş verənlərə baxırıq, arvad-uşaq çöllərə tökülüb, üzlərini cırmaqlayan ağbirçəklər, saçlarını yolan gəlinlər, körpə uşaqların insanı sarsıdan baxışları və yanan xanimanlar, indi dediklərimi heç kim inkar edə bilməz. Hadisələrin belə gedişatını təkcə mən yox, neçə-neçə ziyalı da qabaqcadan demişdi. Biz barmaq uzadıb baiskarları da göstərmişdik. Biokütləyə dönmüş toplum bizlərə yox, on ildə yüz əlli qrankalıq axmaq bir dissertasiyanı yaza bilməyən laborantlara, vağzal oğrusuna, çayxana avarasına uydu.

...Düşmənə də elə bu lazım idi! Şuşanın, Kəlbəcərin böyük strateji əhəmiyyət kəsb edən yüksəkliklərin düşmən əlinə keçməsində bilavasitə günahkar olan zinakarlar meydan sulayır, ağızlarına gələni deyirdilər.

Bir ovuc avantüristin sayəsində düşmən Azərbaycanın təbiətinə yeraltı, yerüstü sərvətlərinə elə rəxnələr vurub ki, bu yaraların sağalması qeyri-mümkündür.  Bəziləri məni qınaya bilər, əşşi, olan olub, keçən keçib, nə özünü yorursan? Məni yandıran odur ki, araqarışıqlıqda hakimiyyəti qamarlamış əski kommunist funksionerlər ermənidən min qat artıq xalqa ziyan vurdular. Sovet hakimiyyəti dövründə bunlar bir o qədər özbaşınalıq edə bilmirdilər. Pis-yaxşı  nəzarət, Moskvanın xofu vardı. Heydər ƏIiyevin bircə dəfə tərs baxmağı kifayət edirdi ki, günahkar öd-bağır olsun. Amma sonralar vəziyyət tamam başqa idi. Heydər ƏIiyevin sahib olduğu irs məğlubiyyətlə üzləşmiş, sabaha ümidi qalmayan, hər cəhətdən xəcil olmuş ölkə idi. O, hansı kadrlarla işləməli idi? Azərbaycan ziyalısı sübut elədi ki, onun bərkdə əli yoxdur. Ölkədə qan su yerinə axanda hərə bir küncə çəkildi. Söz deyə biləcək tək-tükləri də qəzetləri ələ gətirmiş fitnəkarlar susdurdular. Heydər Əliyevin etibar edib iş başına qoyduğu Ramiz Mehdiyev onun xəstələnməsindən, heydən düşməsindən sui-istifadə etməyi bacardı. Fikir verin, son vaxtlar bu “boz kardinalın” təqdimatı ilə rəhbər vəzifələrə çəkilmiş nə qədər nakəs rüsvayçılıqla işdən qovulub, həbs edilib. Belə çıxır ki, Allah üzümüzə baxıb əgər, müzəffər İlham Əliyevin misilsiz manevrləri olmasaydı, kim  bilir başımıza nələr gələcəkdi.

 Ən ağır zərbə iqtidarın ideoloji cinahına dəydi. Od içində yanan ölkədə “Göbək rəqsləri”, “Gözəllik müsabiqələri” keçirilməsi, Rusiyadan ən əxlaqsız estrada qruplarının dəvət olunması, camaat arasında bir qara qəpik də nüfuzu olmayan yaltaqlara, ən odioz fiqurlara efirin verilməsi ümumi təxribat planının bir hissəsi idi. Qarşımızda bir siyahı var, burada Ramiz Mehdiyev dəstəsinin əlində olan şirkətlər, qurumlar banklar göstərilib. Mən vaxtilə yazanda ki, ölkə, din, iman, insaf qanmayan giyenaların caynaqları altındadır, əvvəlcə məni qınadılar, axı sən iqtidarı canla-başla müdafiə edənlərin birisən, niyə belə dönüklük edirsən? Cavab verdim ki, mən iqtidarda olub, dövləti içəridən zəhərləyib dağıdan haramzadalara qarşı durmuşam, özümü haqlı sayıram.  Mən bir şeyə mat-məəttəl qalmışam bu qədər talan və taracdan sonra bu ölkə necə hələ xəritədən silinməyib. Erməni qatildir canidir, mili düşmənimizdir, bunu başa düşdük, amma bizim simasız vəzifəli quldurlarla müqayisədə məsum bəndəyə oxşayır.

(Ardı var)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR