Saat:09:05
Haqqımızda

"Ölkənin siyasi məhbus ayıbından qurtulması lazımdır" - NATİQ CƏFƏRLİ

2024-04-23 11:29:17

"Hökumət siyasi məhbusları alver predmetinə, ənənəvi müxalifət isə ayaqda qalma, varolma, "əsl müxalifət" barometrinə çevirib, odur ki, hər iki tərəf səhv yolda olduqlarını anlamasalar bu ayıb bitməyəcək"

"Qubad bəyin (Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu nəzərdə tutulur.-V.B.) azadlıqda olması sevindiricidir. Ümumiyyətlə, ölkənin siyasi məhbus ayıbından qurtulması lazımdır, 30 ildir eyni yolla gedirlər, hökumət siyasi məhbusları alver predmetinə, ənənəvi müxalifət isə ayaqda qalma, varolma, “əsl müxalifət” barometrinə çeviriblər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq hesab edir ki, hər iki tərəf səhv yolda olduqlarını anlamasalar bu ayıb bitməyəcək: "Hökumət tutanda səs-küylə həbs edir, buraxanda səssiz-səmirsiz buraxır. Niyə tutmuşdu, nə oldu da buraxdı, heç bir məntiqi izahları olmur. Medalın o biri üzünün isə kimsə tutulanda “çiçəyi çırtlayır”, mövzu tapıb gündəmdə qalırlar, buraxılanda da özlərini ucuz PR etməklə məşğul olurlar. Hər iki tərəfin ciddi mövzularla arası yoxdur, çünki qablarında bir şey yoxdur ki, ciddi diskursun tərəfi olsunlar, onlara belə primitivlik sərf edir".

Natiq Cəfərlinin fikrincə, 30 illik bu mənasız gedişata “dur” demək üçün bu il şans olacaq: "Parlament seçkiləri bu “qısır döngəni” aşmaq üçün sivil yol ola bilər, ciddi hazırlaşmaq lazımdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171770