Saat:13:47
Haqqımızda

Ölkəni “oğru qanunları” ilə idarə edənlər…

2022-01-18 10:30:00

Ölkəni “oğru qanunları” ilə idarə edənlər…

Qarabağ qazisinin hüququnu ölkənin 3-cü şəxsi təmin edə bilər?

Azərbaycan Respublikasının baş naziri hazırda “de-fakto” ölkənin 3-cü şəxsi statusundadır.  Konstitusiyanın 105-ci maddəsinə əsasən isə, baş nazir ölkəyə başçılıq edə biləcək şəxslərin sırasında prezident, 1-ci vitse-prezident, vitse-prezidentdən sonra gəldiyindən “de-jure” 4-cü sıradadır . Yeri gəlmişkən, Milli Məclisin sədrinin bu sıralamada 5-ci olması elə Konstitusiyanın özünə qarşıdır. Gerçəkdə MM sədrinin  prezidentdən sonrakı sırada olmasını Ana Qanunun 4-cü maddəsi doğrulayır: ”Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək,  xalqın adından danışmaq və  xalqın adından müraciət etmək hüququ yoxdur.” MM-in sədri  seçildiyindən xalqı təmsil etməkdə prezidentdən sonrakı yeri tutur. Neyləmək olar,  Ana Qanunun 105-ci maddəsi xalqın seçdiyini prezidentin təyin etdiklərindən sonraya salıb.

Nə isə, qonudan uzaqlaşmayaq, ölkənin 3-cü şəxsi statusunda olan baş nazir Əli Əsədovdan diləyimizi “şəxsi” də saymaq olar,  amma görəv kürsüsü diləyimizə “toplumsal”, “dövlət” xarakteri də verir.  Konstitusiyanın 129-cu maddəsində məhkəmə qərarlarının dövlətin adından çıxarıldığı və icrasının məcburi olduğu, məhkəmə qərarlarının icra olunmamasının qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olduğu doğrulanıb. Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli iki qətnaməsi ilə 13 ildir Qarabağ qazisinə verilən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı əvvəllər 25 saylı Nizami ll Dairə Seçki Komissiyasının yerləşdiyi otaqların borclular ƏMDK  (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti  (ƏMDX), Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil cinayətkar dəstə şəklində saxta şəhadətnamə ilə ələ keçirib satmaları o qədər açıq-aşkar korrupsiya faktıdır ki, baş prokurorluğun 161 qaynar xətti on ildə onlarla dəfə qeydə almaq zorunda qalıb. Di gəl, şikayətin qeydə alınmasından o yana keçilməyib, daha doğrusu, özlərini Konstitusiyadan da üstün sayan qanun oğruları səddin keçilib əmlak oğurluğunun araşdırılmasına qadağa qoyublar. 22.10.2021-ci ildə yenidən şikayət qeydə alınıb və …3 aydır heç bir hərəkət yoxdur. Eləcə də 2 illik şikayətlərdən sonra  09.09.2021-ci ildə idarənin  Rəşad Məmmədov adlı əməkdaşı mənzil təminatına qoyulan qadağa ilə bağlı izahat  alıb , lakin artıq 5-ci aydır nə qərarını verir, nə cavab verir. Baş prokuror və  yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin də  çağrı mərkəzləri ,  stasionar nömrələri susur . Gün ərzində korrupsiyaya qarşı mübarizə baş idarəsinin saytında yerləşdirilən bütün nömrələrə zəng edilsə də, heç bir nömrədən telefon dəstəyi qaldırılmadı. 361-10-75 nömrəsinin preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Əsədov Hidayət Əli oğlunun “xidmətində” olması baş nazirə üz tutmağımıza nədən oldu. Bəlkə hörmətli baş nazir oğluna desin, oğlu da preventiv (qabaqlayıcı -M.B ) tədbirlər görsün, təhqiqat aparsın, ən azı 5-ci aydır “yoxa çıxan” Rəşad Məmmədovu “tapmaqda” yardımçı olsun. Fikrimizcə, diləyimiz etik normalara da uyğundur, mentalitetə də, hələ üstəlik Konstitusiyaya da.

Bir diləyimiz də 3-cü şəxs Qarabağ qazisinə 3 ildir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Elşad Şamayev olan, Məmməd Məmmədov və Aida Hüseyndən ibarət üçlüyünün vəkil ayrılmasını təmin etməməsindəndir. Təsəvvür edin, Elşad Şamayev və kolleqaları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və təbii ki, icra sənədi olmadan, hətta olsa belə, “İcra haqqında” qanunun 68.1 maddəsinin TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏSİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNİ doğrulamasına baxmadan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı,  xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasının yarısını da yerli məmurların  (Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev, DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi , “Rəvan” sığorta şirkəti, məhkəmə hakimləri) aparmasını - yeməsini qanuni sayıb və Elşad Şamayevin  bu qanunsuzluğu “yüksək” qiymətləndirilərək Ali Məhkəmə kürsüsünə otuzdurulub. Onu da təsəvvürünüzə gətirin ki, Elşad Şamayevin sədrliyi ilə qəbul edilən 29.08.2019 tarixli qətnamədən kassasiya şikayətinə, gec göndərildiyindən 14 aydan sonra  -16.10.2020-ci ildə Ali Məhkəmədə baxılıb və təbii ki, artıq ali instansiyada qanunsuzluq edən hakimin apellyasiya instansiyasındakı  qanunsuzluğunu kolleqaları qüvvədə saxlayıb. Konstitusiya ilə doğrulanan məhkəmə təminatı hüququnun pozuntusuna baxın, Elşad Şamayev Ali Məhkəmədə apellyasiya instansiyasında qəbul etdiyi saxta qətnaməsini qüvvədə saxlayıb. Belə məhkəmə təminatı və müdafiəsi  hüququ ilə, əlbəttə, Qarabağ qazisinin pensiyasının yarısını dələduzlara yedirtməsi qanuni sayılar.  Yeri gəlmişkən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası  (sədrlik edən Səadət Bəktaşi) də 6-cı aydır saxta qərarını vermir ki, Qarabağ qazisi kassasiya şikayəti hüququndan yararlansın. Elşad Şamayev isə 3-cü şəxs Qarabağ qazisinin tələbi üzrə heç bir qərar qəbul etməyib və hətta onu görməzliyə vurub , kassasiya şikayəti verməsinə vəkil də ayırmayıb. 3 illik şikayətlərdən sonra guya elə 3 il qabaq vəkil ayrıldığı səbəbindən Bakı Apellyasiya Məhkəməsi  (Rəşad Həsənov , Məmməd Məmmədov və Vəfaddin İbayev) vəkil ayrılmasından imtina edib. Beləcə həm iddiaçı, həm də 3-cü şəxs Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoyulub. İddiaçı qazinin Konstitusiya Məhkəməsinə şikayətinin icraata götürülməsindən imtina edilib, 3-cü şəxs Qarabağ qazisinin şikayətindən isə 9 aydır səs – soraq yoxdur. Bəlkə ölkənin 3-cü şəxsi 3-cü şəxs Qarabağ qazisinin şikayətinə baxılmasını təmin edə.

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR