Saat:14:41
Haqqımızda

“Ölkəmizin adını dəyişib Şimali Azərbaycan etməliyik”

2022-11-29 12:09:00

“Ölkəmizin adını dəyişib Şimali Azərbaycan etməliyik”

“Bu günlərdə Azərbaycan Prezidenti İranın Azərbaycana qarşı düşmənçilik siyasətini pislədi. Bundan sonra İranın Azərbaycandakı səfiri Prezidentin dəmir yumruğunu İranın bayrağı üzərinə qoyub paylaşdı”. 

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

O vurğulayıb ki, Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar zəruri edir ki, biz yeni konstitusiya qəbul edək: “Burada ilk atacağımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu, həm də cənubi azərbaycanlılar üçün stimul olar”.

qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR