Ölkəmizdə kazinolar açılsa, nələr olacaq?

Azərbaycanda kazinoların açılması məsələsi cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Bu məsələnin hüquqi, sosial və iqtisadi tərəfləri dövlət siyasəti baxımından ciddi şəkildə nəzərdən keçirilməlidir. Azərbaycanda kazinoların yenidən açılması cəmiyyət və iqtisadiyyat üçün müsbət yaxud mənfi addım ola bilərmi?
Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Tribunainfoaz-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, Azərbaycanda son zamanlar kazinoların açılmasının bir vətəndaş və iqtisadçı kimi əleyhinəyəm.
İqtisadçının sözlərinə görə, iqtisadi baxımdan müzakirə etsək, bu sahənin yaradılması səmərəlilik təşkil edər. Çünki kazinoların da bir xidmət sahəsidir. Xidmət sahəsinin yaradılması, bu sahədə çalışanlar üçün müəyyən sayda işsizlik problemi aradan qaldırılar. Eyni zamanda, turistlərin axını, Xarici valyutanın ölkəyə axını, dövlət büdcəsinə dəstək olar.
Bununla yanaşı, yerli vətəndaşların istifadəsi də iqtisadi baxımdan səmərəli ola bilər. Lakin bir şeyi var ki, biz Azərbaycan cəmiyyətində yaşayırıq. Azərbaycan cəmiyyətinin özünəməxsus qayda-qanunları, əsrlərə, minilliklərə dayanan öz adət-ənənəsi var. Düşünürəm ki, kazinoların açılması bizim cəmiyyət üçün uyğun deyil.
Hətta Milli Məclisin deputatlarından biri bu sahə müzakirə olunarkən qeyd etmişdir ki, iqtisadi səmərəlilik təşkil edir. “Amma nə üçün ölkəyə gələn turist kazinoya görə gəlsin? Beynəlxalq arenada bu sahə ilə tanınmağımız düzgün deyil” – deyə vurğulamışdı.
Yəni, hər hansısa müəssisənin, fabrikin, zavodun, elm cəmiyyətinin yaradılması düşünürəm ki, daha uyğun olardı. Nəinki kazinoların yaradılması….
Hər hansısa bir sahə yaradılarkən ola bilər ki, gəlir gətirən olsun. Lakin baxmaq lazımdır ki, bu sahə Azərbaycan iqtisadiyyatı, cəmiyyəti üçün faydalıdırmı. İndi və ya 10-15 il sonrasını da düşünmək lazımdır. Kazinoların açılması ölkəmizə elm-təhsilimi verir, səhiyyəsinin inkişaf etdirir? Sadəcə olaraq dövlət büdcəsinə dəstək verə bilər. Yəni vətəndaşların kazinodan gələn gəlirlərə ehtiyacımı var? Yaxud da dövlət olaraq bizim bu gəlirlərə ehtiyacımızmı var?
Yerüstü-yeraltı təbii sərvətimiz var, qədim tarixə malikik. Muzeylərimiz, gəzməli yerlərimiz var. Nə üçün xarici vətəndaş ölkəmizi kazinoya görə tanımalıdır? Ona görə də kazinoların açılması məqsədəuyğun deyil. Əgər Azərbaycan büdcəsinin kazinodan gələn gəlirə ehtiyacı olsaydı, qara bazar, qara iqtisadiyyat var. Müəyyən sahələrdən gələn qeyri-leqal gəlirlər var. Yəni bu sahələrdən gəlir əldə edərdi. Yaxud da bu sahələri leqallaşdırardı. Bəli, ola bilər ki, ölkəmiz modern, sivil ölkədir. Amma yuxarıda da qeyd etdiyim kimi, bizim mentalitetə əsasən bir növ bizim cəmiyyətin təfəkkürünə uyğun deyil. Xarici kazinoıarda qadınlar işləyir. Azərbaycan kişisinin təfəkkürünə uyğun deyil ki, evindəki qadın kazinodan çalışsın. Bu kimi müəssisələrdə Azərbaycan qadınının işləməsindən işsiz qalması daha məqsədəuyğun olar.
