Saat:04:22
Haqqımızda

Ölkəmizdə 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb

2024-04-29 13:34:24

Ölkəmizdə 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb

Bu ilin əvvəlinə olan məlumata görə ölkə üzrə mövcud olan 2 milyon 394 min ev təsərrüfatının 43,2%-də və ya 1 milyon 34 min ev mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb. 

Hurriyyet.az xəbər verir ki, şəhər yerində evlərin 12,8%-i, kənd yerlərində isə evlərin 81,8%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb. 

Bu sahədə ən yaxşı göstərici Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda mövcud olan evlərin hamısı, Bakı şəhərində isə 92,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub. Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda qeydı alınıb. Bu rayonda evlərin cəmi 9,1%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.344558