Saat:09:10
Haqqımızda

"Ölkəmiz İranın casus şəbəkəsindən tamamilə təmizlənməlidir" - SAMİR HÜMBƏTOV

2023-02-01 13:04:00

"Dövlətimizə qarşı Ermənistan qədər ikinci ən böyük təhdid və təhlükə məhz İrandan gözlənilir"

"Son iki gündür ki, Azərbaycanın təhlükəsizlik orqanları hər zaman olduğu kimi peşəkarlıq nümayiş etdirməklə dövlətimizin təhlükəsizliyini təmin etməkdədirlər. Dünən Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçrilən əməliyyatlar nəticəsində ölkəmizin mediasında, xüsusilə də "Salamnews" və "İnteraz" kimi yayım orqanlarında çalışan və İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 nəfərin, bu gün isə dini cərəyanların nümayəndələri adı altında fəaliyyət göstərən 39 şnəfərin saxlanılması baş tutub. Şübhə yoxdur ki, son zamanlar İranın Azərbaycana qarşı tutduğu düşmən mövqe cəmiyyəti ciddi şəkildə narahat edən məsələdir. Xüsusilə də "yumuşaq güc" siyasətini həyata keçirməyə çalışan İranın din pərdəsi altında ölkımizdə apardığı təbliğan ciddi narahatlıq doğuran məsələdir". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov qeyd edib.

Politoloq bildirib ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş vermiş terror aktı nəticəsində təhlükəsizlik əməkdaşımızın şəhid edilməsi xalqın Tehran rejminə qarşı ciddi qəzəbinə səbəb olub: "Sosial şəbəkələrdə İran casus şəbəkələrinin daha da aktivləşməsi və cəmiyyət arasında ziddiyyət yaratmaq cəhdləri dövlət təhlükəsizliyimizə qarşı təhdid elementləri yarada bilər ki, bu da heç də xoş hal hesab edilə bilməz. Məhz buna görə də hesab edirəm ki, ölkəmiz İranın casus şəbəkəsindən tamamilə təmizlənməlidir. Əlbəttə ki, keçirilmiş son əməliyyatlar da məhz buna xidmət edir".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri hesab edir ki, dövlətimizə qarşı Ermənistan qədər ikinci ən böyük təhdid və təhlükə məhz İrandan gözlənilir: "Ona görə ki, Tehran rejmi beybəlxalq hüququ tanımamaqla yanaşı, həm də dini və insani dəyərlərə də hörmət etmir. Bir tərəfdə terroru dəstəkləmək və onu yaradıb yaymaq, digər tərəfdə narkotiklə regionu və dünyanı zəhərləmək. Bu qeyd edilənlər Tehran rejminin daima dünyaya yaratdığı təhdidlərdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR