Ölkələr 3-cü Dünya müharibəsinə hazırlıq görür? Almaniya silahlı qüvvələrinin modernləşdirilməsinə 107 milyard dollar ayırdı
2022-05-30 11:06:00

Almaniya hökuməti və Mühafizəkarlar Partiyası ölkənin Silahlı Qüvvələrinin modernləşdirilməsinə 107 milyard dollar ayırmağa razılaşıb. Bu barədə "AFP" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, saziş Berlinə “orta hesabla bir neçə il ərzində” NATO ölkələri üçün ÜDM-in müdafiəyə ayrılan 2%-lik hədəfinə nail olmağa imkan verəcək. Agentliyin məlumatına görə, qərar bir neçə həftəlik danışıqlardan sonra qəbul edilib. Hərbi satınalmalar üçün Bundesverdə fondun yaradılması planlaşdırılır.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya