Ölkədən düyü çıxarmaq qadağan edilə bilər
2022-05-27 22:01:00

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 2022-ci il iyulun 1-dən dekabrın 31-nə kimi düyü və düyü yarmasının ixracını qadağan etməyi təklif edib. Müvəqqəti qadağan qətnaməsinin layihəsi normativ hüquqi aktlar portalında yerləşdirilib. İxrac qadağanının Avrasiya İqtisadi İttifaqı ölkələrinə - Belarus, Ermənistan, Qırğızıstan və Qazaxıstana şamil edilməyəcəyi bildirilir.
Qərarla bağlı izahatda bildirilir ki, məhdudlaşdırmanın məqsədi – Rusiya Federasiyasının ərzaq təhlükəsizliyini təmin eləmək və düyü yarmasının daxili qiymətlərini qorumaqdır.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya