Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
2021-09-17 17:12:00
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub.
Bu barədə Hurriyyet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 437 nəfərdir.
Vaksinlərin ümumi sayı 7 863 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 588 732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 274 860 təşkil edir.