Saat:15:21
Haqqımızda

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

2022-05-16 12:39:00

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

“Mən bu şəkili dörd il öncə rayonda çiyələk plantasiyasında çəkmişəm. Yəni çiyələyi yetişdirmək üçün otuzdan çox kimyəvi dərmandan istifadə olunur. Burda çiyələyi tez qızardan, yetişdirən, böyüdən, alaq otlarının, həşaratların qarşını alan çoxsaylı dərmanlar var. Yəni belə bir dərmanlarla əmələ gələn çiyələklər əlbəttə, təhlükəlidir və bunlardan çox yemək olmaz”.

Hurriyyet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert ölkəmizdə yetişdirilən çiyələklərin tərkibində müxtəlif cür kimyəvi dərmanların olduğunu bildirib:

“Təəssüf ki, standartlarla zərərli maddələrin miqdarı göstərilir, lakin heç bir istehlakçıya deyilmir ki, hansı dozada bu səni zəhərləyə bilər. Bu bütün dünyada gizli qalmış bir məsələdir. Sənaye üsulu ilə bazar üçün işləyən fermer çiyələyini istədiyi qədər böyüdür və məhsul müştəriyə "gəl-gəl" deyir. Ona görə insanlar çiyələkdən və digər meyvələrdən çox istifadə etməsinlər. Hətta mövsüm zamanı da kənd təsərrüfatı malları təhlükəli ola bilər. Kiçik, yumşaq, tez xarab olan çiyələklər yerli çiyələkdir. Əlbəttə, çiyələk torpaqla təmasda olduğu üçün hər bir nemətin mənbəyi olan torpaq həm də təhlükəli mikoorqanizmlərin mənbəyidir. Çiyələklər özləriylə təhlükəli mikroorqanizmlər gətirib insanların həyatına son qoya bilərlər. Ona görə də diqqətli olmaq lazımdır. Düşünürəm ki, çiyələk istehsalıyla məşğul olan hər bir şəxs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır ki, orda müəyyən nəzarət tədbirləri həyata keçirilsin”.

Qeyd edək ki, bir neçə gün öncə Goranboyda bir ailənin üç üzvü çiyələkdən zəhərlənib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR