“Ölkədaxili münaqişələrə səbəb ola bilər...” - Kadırovdan Putinə xəbərdarlıq

2022-09-02 09:24:00

“Ölkədaxili münaqişələrə səbəb ola bilər...” - Kadırovdan Putinə xəbərdarlıq

Rusiya Ədliyyə Nazirliyi “Səhih Buxari” hədis kitabını “ekstremist materiallar” siyahısına əlavə etdiklərini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının avqustun 29-da yenilənən qadağan olunmuş materiallar siyahısına üçü islami mənbə olmaqla 5 kitabın əlavə edildiyi açıqlanıb.

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın İslam dini üçün mühüm yeri olan “Səhih Buxari”ni qadağan etməsinə münasibət bildirib.

Kadırov “Səhih-i Buxari”nin Rusiyada ekstremist materiallar siyahısına salınması qərarının dərhal yenidən nəzərdən keçirilməli olduğunu bildirib.

“Əks halda müsəlmanlar Rusiyada özlərini kifayət qədər təhlükəsiz hiss etməyəcəklər”, - Kadırov “Teleqram” kanalında yazıb.

O, "Səhih Buxari"ni Qurani-Kərimdən sonra ikinci ən əhəmiyyətli kitab olaraq xarakterizə edərkən, qərarın "cahillər" tərəfindən verildiyini müdafiə edib:

“İndi milyonlarla Rusiya müsəlmanı bunu soruşur: Əgər ölkədə kanonik (ümumi qəbul edilmiş) dini nəşrlər qadağan olunmağa başlasa, din necə tətbiq oluna bilər?”

Kadırov Rusiya prezidenti Vladimir Putinin administrasiyasına da müraciət edib:

“Rusiya əhalisinin müsəlman hissəsinin mərkəzi hökumətin hərəkətlərinə kəskin və radikal reaksiya verməsi tamamilə mümkündür. Bu cür qərarlar ölkə daxilində münaqişələrə səbəb ola bilər”

Yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054164