“Ölkə yeni qapanma tədbirlərinə davam gətirməyəcək”

2021-07-20 14:41:00

“Ölkə yeni qapanma tədbirlərinə davam gətirməyəcək”

Hurriyyet.org xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında daha ölkənin qapanmaya davam gətirməyəcəyini bildirib.

Onun sözlərinə görə, hökumət yenidən ölkədə sərt intizam tədbirləri görsə, dözülməz vəziyyət yaranacaq: “Ölkəmiz daha qapanmaya davam gətirməyəcək. Əgər qapanmaya getsək, insanlar işlərini itirəcəklər, dözülməz vəziyyət yaranacaq. Əvvəlcədən qabaqlayıcı açıqlama vermək istəyirəm. Bunun baş verməsini istəmirəm”.

Baş nazir bildirib ki, belə olacağı təqdirdə Gürcüstan əlavə borc götürməyə məcbur olacaq və bu borc ölkənin, vətəndaşların çiyninə yüklənəcək.

“Ümumilikdə vəziyyət ağırlaşacaq. Bir daha qeyd eləmək istəyirəm ki, peyvəndləşməni maksimal dərəcədə tez aparmaq üçün bütün resurslara və imkanlara malikik və təqribən 2-3 ay ərzində 1,5 milyon vətəndaşı peyvənd edə bilərik. Bu, qarşımıza qoyduğumuz hədəfdir”.

Koronavirus başlanandan bəri Gürcüstanda 390 945 yoluxma hadisəsi qeydə alınıb. 376 130 nəfər xəstəlikdən sağalıb, 5 592 nəfər Kovid-19 virusunun qurbanı olub.