Oljas Süleymenov Nobel mükafatına namizəd olub
2025-12-05 18:56:01
Hurriyyet.az xəbər verir ki, məşhur qazax yazıçısı Oljas Süleymenovun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Bu barədə "Baytak" yaşıllar partiyasının mətbuat xidməti məlumat verib. Məlumatda deyilir: "Baytak" Yaşıllar Partiyasının Almatı şəhər şöbəsinin bu gün Almatıda keçirilən V konfransında tarixi və vacib bir qərar qəbul edilib. Partiya sədri Əzəmətxan Əmirtayev görkəmli qazax yazıçısı, ictimai xadim və "Nevada-Semey" antinüvə hərəkatının qurucusu Oljas Süleymenovu rəsmi olaraq Nobel Sülh Mükafatına namizəd göstərdiyini bəyan edib".
Hürr Tərcüman
