Saat:11:27
Haqqımızda

Olimpiyadada bayrağımızı qaldıran ilk paracüdoçu: “Hərbi salamımı şəhidlərimizə həsr etdim”

2021-09-15 14:44:00

Olimpiyadada bayrağımızı qaldıran ilk paracüdoçu: “Hərbi salamımı şəhidlərimizə həsr etdim”

Hurriyyet.az xəbər verir ki, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva Moderator.az-ın suallarını cavablandırıb. 


-    Olimpiya zirvədir, zirvəni fəth etmək sizə baha başa gəlmədi ki?

-    Bu nailiyyəti əldə etmək üçün əziyyətlərimiz çox oldu. 5 ildir ki, bu günü gözləyirdik. Çox şükür ki, əziyyətimizin nəticəsi sevindirici oldu. Etdiyimiz məşqlərlə bu zirvəyə qalxdıq.


- Qalib ölkənin qalib vətəndaşı olmaq necə bir hisdir?


- Bu çox gözəl hisslərdir. Mən ölkəmlə, qəhrəmanlarımızla qürur duyuram. Bu yarışlarda ölkəmizə ilk qızıl medalı gətirdiyimdə o qələbə hissini daha yaxından duydum. O an insanın qəlbi qürur hissi ilə dolur. Yarışda  Azərbaycan  himninin ilk səsləndirməyin xoşbəxtliyini yaşadım və himnimizi o arenada ilk səsləndirən mən oldum. Qızıl medalı qazandıqda hərbi salamımı şəhidlərimizə həsr etdim. 

- Bu günü 5 ildir gözlədiyinizi qeyd etdiniz. Bəs pandemiya qaydaları ilə necə məşq edirdiniz? 


- Pandemiya olsa da bu bizim məşq etməyimizə mane olmadı. Yəni bizi amalımızdan, istəyimizdəm döndərmədi. Alətlərimizi müəllimimiz məşqçi otağına apararaq, pandemiyanın qaydalarına riayət edərək məşqimizi davam etdirdik. Pandemiya dönəmində texniki bazanı bizə verən, məşq etmək üçün  şərait yaradan -Paraolimpiya komitəsinin vitse prezindeti Yaşar Hacıyevə, Neftçi idman klubuna, Cüdo federasiyasına təşəkkürümü bildirirəm.  

 

 - Olubmu ki, ailədə sizə “xanımsan, idman sənə görə deyil” -kimi fikirlər səsləndirsinlər?


-  Ailəm hər zaman mənə dəstək olub. Elə anlar olub ki,  tərəddüd etmişəm o məqamlarda belə ailəm məni qabağa çəkib, dəstəyini əsirgəməyib.   Mənim ailə üzvlərimdən heç kim “evdə otur, yeməyini bişir”-kimi ifadə səsləndirməyib. 

- Niyə məhz cüdo? 


- Cüdonun  bütün fəndlərini sevirəm. 12 ilə yaxındır cüdo  ilə məşğulam. Ailədə bu idman növü ilə ilk qardaşım məşğul olub.  Onun məşqlərinə baxıb həvəslənirdim. Qaraşım da bu idman növündə bir çox uğur əldə edib. O, dəfələrlə respublika çempionu olub. 

 

- Zərif bir xanımın cüdo kimi ağır idman növü ilə məşğul olmasının yəqin ki, öz çətinlikləri var.


- Onu mənə dəfələrlə desələr də heç bir təsir etməyib, çünki  qadın güclüdür. Azərbaycan qadınları hər zaman çətinliyə qatlaşan, cəfakeş və güclü olub. 


- O arenada qalib gələndə ilk sevincinizi kiminlə bölüşdünüz?


 - İlk sevincimi müəllimim şəxsi məşqçim -Fərid Ağakişiyevlə bölüşdüm.  Bu onun da ən böyük arzusu idi. Biz onunla birlikdə bunu bacardıq. 


 - Bundan sonra hədəfləriniz nələrdir?


- Bundan sonrakı hədəfim  2022- ci ildə Parisdə keçirilən Olimipiadada qızıl medal qazanıb, beynəxlalq arenada yenə də ilk himnimizi  səsləndirməkdir. 


- Yeni Gənclər və İdman naziri təyin olundu. Ondan gözləntirlərinz nədən ibarətdir?


- İnanırma ki, daha qayğılı  olacaq. Vəzifə dəyişikliyinin idmana da yaxşı təsir edəcəyinə ümid edirəm.  


Xəyalə Rəis

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR