Saat:00:00
Haqqımızda

"Öldürün Qarabağ qazilərini!" - AYAZ ARABAÇI YAZIR

2023-11-20 12:00:58

Çörək istəyəndə çörək verməyin,
Dərdinə heç zaman dərman olmayın, 
Kömək istəyəndə kömək verməyin..
Bir dənə işıqlı fərman olmayın. 
Öldürün Qarabağ qazilərini.

Əlildi, bir daha əlil eləyin,
Bir gözü qalıbsa, onu da tökün,
Salın küçələrə zəlil eləyin.
Damını uçurun, evini sökün, 
Öldürün Qarabağ qazilərini..

Diriykən içinə soxun tabutun, 
Ağzını açmağa imkan verməyin, 
Harda bacarsanız şərləyin, tutun,
Bir dənə işinə təkan verməyin. 
Öldürün Qarabağ qazilərini...

Dərd ona qatlasın, qəm yüzə bölsün, 
Əsla heç birini qoymayın yaxın.
Hayanda yıxılıb ölürsə ölsün, 
Adamyeyənləri açın, buraxın,
Öldürün Qarabağ qazilərini. 

Öldürün yaşamaq həvəsini də, 
Basın təpəsindən endirin dizə.
Kəsib ən sonuncu nəfəsini də, 
Döydürün, yedirdin itlərinizə,
Öldürün Qarabağ qazilərini. 

Getdi, zülmətlərdən səhər gətirdi.
Biz rahat yatanda onlar yatmadı.
Bizə cəbhələrdən zəfər gətirdi
Düşmənin öldürmək gücü çatmadı. 
Öldürün Qarabağ qazilərini...

Düşmür vaxtınıza, saatınıza, 
İçiniz hər yerdə bir kin göstərir. 
Yaraşmır milyonluq həyatınıza, 
Sizi hər addımda çirkin göstərir.
Öldürün Qarabağ qazilərini.

Ayaz ARABAÇI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.597787