Oğuz meşələrində ağacları kim kəsib? - Rəsmi açıqlama

2023-01-06 14:06:00

Oğuz meşələrində ağacları kim kəsib? - Rəsmi açıqlama

Oğuz rayonu Tayıflı kəndinin ətrafındakı meşələrdə ağacların kütləvi şəkildə kəsilərək ağac emalı sexlərinə daşınması barədə yayılan məlumatlara aydınlıq gətirilib. 

Hurriyyet.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, sözügedən məlumatlarla bağlı bayram günlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

“Araşdırma zamanı sözügedən məlumatda adları şikayətçi kimi çəkilən Oğuz rayonu Tayıflı kənd sakinləri Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və Xəlilov İlham Nəcməddin oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısının Tayıflı İƏD üzrə nümayəndəliyində yazılı izahat verərək müraciətdə adlarının qeyd olunmasına baxmayaraq, həmin müraciətin yazılmasından xəbərsiz olduqlarını bildiriblər. Lakin buna baxmayaraq, Oğuz rayonu Tayıflı kənd ətrafında yerləşən meşə dolaylarına yerində baxış keçirilərkən ağacların kütləvi şəkildə kəsilməsi və ağac emalı sexlərinə daşınması halları qeydə alınmayıb. Süni ajiotaj yaratmaq məqsədilə yalan, böhtan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələrini “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyə çağırırıq”, - ETSN rəsmisi vurğulayıb.  (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191617