Oğurlanan “məşhur” körpünün FOTOSU

2023-02-22 17:35:00

Oğurlanan “məşhur” körpünün FOTOSU

Xəbər verdiyimiz kimi, Göygöl rayonunun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpü oğurlanıb. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.

Sosial şəbəkələrdə həmin körpünün fotoları yayılıb. Məlum olub ki, oğurlanan körpü sosial şəbəkələrdə deyildiyi kimi elə də böyük olmayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.172441