Oğlunun toyunda kürəkənini qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEO

2022-07-20 22:13:00

Oğlunun toyunda kürəkənini qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEO

Oğlunun toyunda kürəkənini qətlə yetirən şəxsin cəzası məlum olub.

Məhkəmə iclasında Mehdi Abdullayev ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, sözügedən qətl 2021-ci il martın 14-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Belə ki, həmin ilin martın 14-ü saat 17 radələrində Mehdi Abdullayev oğlu Nəriman Abdullayevin evlənməsi münasibətilə ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə məclis təşkil edib.

Kürəkəni Taleh Mirzəyevin öz evlərinə getməsi ilə bağlı hamilə vəziyyətdə olan həyat yoldaşı Günay Mirzəyevaya etdiyi təkliflərini, sonuncu rədd etdiyinə görə uca səslə onunla mübahisə edib. Ev yiyəsi Mehdi Abdullayev məclis iştirakçılarının bundan narahat olduqlarını görüb, kürəkənini kənara çəkərək, etdiyi hərəkətlərin düzgün olmadığını, qonaqlardan ayıb olduğunu deyib, onu sakitləşdirməyə çalışıb. O, axşam saat 8 radələrində Taleh Mirzəyevin yenə də öz hərəkətlərindən əl çəkməyib qızının, həmçinin digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini görüb, bundan əsəbiləşib. Buna görə də dəhlizdə Taleh Mirzəyevə arxadan yaxınlaşaraq, bıçaqla onun boyun nahiyəsinə bir dəfə zərbə endirib və bu hərəkəti ilə onu qəsdən öldürüb.

İş üzrə dindirilmiş Mehdi Abdullayev bildirib ki, Taleh Mirzəyev böyük qızı Günayla evli olub. Kürəkəni taksi fəaliyyəti ilə məşğul olub və mütəmadi spirtli içki qəbul edib. Onların münasibəti əvvəllər yaxşı olub, amma sonradan Talehin telefonda başqa qızla danışmasına görə aralarında narazılıq yaranıb. Günlərin bir günü Taleh ona zəng edib, gəl qızını apar, səhərə qalsa, diri qalmayacaq, onu öldürəcəm deyib. Buna görə də oğlu ilə kürəkəninin yaşadığı evə gediblər. Mübahisə zamanı Taleh yumruq zərbəsi ilə onu vurub, yerə yıxıb. Oğlu yeznəsini vurmaq istəsə də, qızı aralarına girib, bunun qarşısını alıb.

Axırıncı dəfə Taleh Günayı hamilə vəziyyətdə döydüyünə görə qızı 2021-ci ilin əvvəllərində onların evinə gəlib. Günay boşanmaq qərarına gəlib. Oğlunun toyu ilə əlaqədar martın 14-də evdə 16 nəfərdən ibarət yığıncaq təşkil edib. 4-5 gün əvvəlcədən Talehin atasına zəng edib, qonaq dəvət etsə də, o gəlməyib. Günay Talehin COVID-19 virusuna yoluxduğuna görə yığıncağa gəlməyəcəyini söyləyib. Amma gözlənilmədən kürəkəni əlində gül dəstəsi ilə onlara gəlib. Evlənən cütlüyü təbrik edib, kişilər əyləşən otağa keçib. Bir saatdan sonra Talehin dəhlizdə yüksək səslə yoldaşının üstünə qışqırmasını eşidib. Yaxınlaşıb kürəkəninə səsiniz aləmi götürüb, keçin içəridə danışın deyib. Evində xeyir iş olmasını söyləyərək, qızı ilə mübahisə yaratmamasını xahiş edib. Lakin Taleh israrla Günayın mütləq öz evlərinə getməli olduğunu bildirib. O mətbəxə keçib, qadınları sakitləşdirib və onlara otaqlarına keçmələrini tapşırıb. Bıçağı götürüb, qonaq otağına qayıdıb. Oğlunun xeyir işinin sonda qanla qurtarmasını istəməsə də, kürəkəni ona başqa çıxış yolu qoymayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053691