Saat:10:09
Haqqımızda

Oğlu həbs olunan Manaf Ağayevdən AÇIQLAMA: "İçkili olub"

2023-03-14 11:26:00

Oğlu həbs olunan Manaf Ağayevdən AÇIQLAMA:

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev sərxoş halda avtomobil idarə etdiyi üçün dünən həbs edilib.

Hurriyyet.az xəbər verir ki, Müşviqin polisə müqavimət göstərdiyi və patrul əməkdaşlarını təhqir etdiyi deyilir.

Məsələ ilə bağlı müğənni Manaf Ağayevlə əlaqə saxladıq. Onun köməkçisi müğənninin adından bildirdi ki, M.Ağayev oğlu ilə hələ ki, danışa bilməyib:

"Qanunları pozub və buna görə də cəzalanıb. Müqavimət olmayıb. Toydan çıxanda içkili olub. Mübahisə ediblər, polis ona nəsə deyib, Müşviq də cavab qaytarıb. İndi də cəzasını çəkəcək. Beş gün azadlıqdan məhrum edilib. Burada nə var ki? Görüşməmişəm, hələ ki, görüş verilmir".

Qeyd edək ki, Müşviq Ağayev barəsində beş sutkalıq həbs qərarı verilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR