Ofisdə masanın altında işləyən qadın sosial media istifadəçilərini təəccübləndirdi

2022-04-28 22:57:00

Ofisdə masanın altında işləyən qadın sosial media istifadəçilərini təəccübləndirdi

Çalışdığı ofisdə masanın altında işləyən israilli qadın sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

Minni Mayer adlı qadın hesab edir ki, o, bununla iş prosesi zamanı diqqəti yayındıran məqamlarla mübarizə aparır.

"Hər dəfə səs-küy yarananda notbukumu götürüb masanın altında işləyirəm. Mən masanın altında olan sakitlikdən həzz alıram. Kürəyim mənə 36 yaşımın olduğunu xatırladana qədər orada otururam", - deyə Minni Mayer vurğulayıb.

M.Mayer sosial media istifadəçilərinə öz metodu haqqında məlumat verəndən sonra insanların bu hadisəyə münasibəti haçalanıb.

Bəziləri qadının davranışını qeyri-ciddi hesab etsələr də, digərləri bu maraqlı təklifə görə ona təşəkkür ediblər. \\Oxu.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya