Saat:15:39
Haqqımızda

OD VƏ İNSAN - Şeir

2023-11-02 11:59:13

OD VƏ İNSAN - Şeir

Görən kamil insan nə vaxt yaranmış,
Bəlkə yaranmayıb, gəlməyib hələ.
Bəlkə oddan qorxan dövürdə qalmış,
Od əldə etməklə dönmüş cahilə.

Bu qədər savaşa, tökülən qana,
De neçə insanın əli bulaşmış,
Bəlkə insan adın qoyaq bir yana,
Bəlkə heyvanlarda işə qarışmış.

Nədən dünyamızı yüz yerə böldük,
Oduna qızınıb şeytana döndük,
Əyin başımıza təkəbbür  hördük,
Şeytandan yaranan kini, nifrəti,
Yaramaz xisləti, zalım qüdrəti,
Bir toxum sayağı, hər yana  əkdik.
Kaş ki, bu ölkələr olmayaydı da.
Biz sürü halında yaşarkən dedik:
İnsan fərqlənməli başqalarından!
Əliylə torpaqda toxum gəzəndik,
Zorbalar dəyənək vurdu başımdan,
Qılıncla ikiyə böldülər bizi,
Dedilər bir sivil dünya qururuq,
Mərmiylə kün-fəkun etdilər bizi.
Açıq səma altda ömür sürərkən,
Kim oldu görəsən göyü qaraldan,
Zavod tüstüsüylə nəfəs daraldan.
Bir quru daş ilə gün keçirərkən,
Biləydim dəmiri kimdir çıxardan.
Kimdir başımıza bomba ələyən,
Kimdir körpələri qana bələyən,
Yer üzün qaşıyan, kimdir kələyən,
Bəlkə əcinnədir, cindir bu insan.

Dünyanı mağara görən Adəmin,
Övladı dünyanın hər yerin gəzdi.
Övladı öldürən, ölən Adəmin,
Naləsi bizlərə bu gün də bəsdir.
Böyüyüb, törəyən bizim Qabillər,
Yaşayıb dünyanın üstünə çökdü.
Bir sarı qızılçun, gümüş,ləl üçün
Bir qara mazutçun,zil qara neftçün,
Neçə Habillərin qanını tökdü.
Milyonları əzib yerlə bir etdi.
Bəzən bir ərköyün tip, əclaf üçün,
Məsum insanları qul, əsir etdi.

Dünya dığırlanır bu çək-çevirlə,
Özün kamil sanan bunu qanmayır?
Oda sevgisindən,şeytanilikdən,
Dünyanın dərdinə dünyada heç kim,
Bir əlac olmayır,can yandırmayır?!

ŞAMİL

29.10.2023

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.248968