“OBA Market”ə növbəti dəfə cərimə protokolu yazıldı

2022-08-29 16:35:00

“OBA Market”ə növbəti dəfə cərimə protokolu yazıldı

“OBA Market” MMC yenidən cərimələnib.

Hurriyyet.az
Banker.az-a istinadən xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddia hakim Babək Pənahovun sədrliyi ilə araşdırılır.

Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, şirkət daha əvvəl də bir neçə dəfə cərimələnmişdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063045