Saat:03:38
Haqqımızda

“O TƏYYARƏDƏ UKRAYNALI ƏSİR OLMAYIB!...” – Müdafiə və Təhlükəsizlik Şurası

2024-02-09 13:26:04

“O TƏYYARƏDƏ UKRAYNALI ƏSİR OLMAYIB!...” – Müdafiə və Təhlükəsizlik Şurası

Yanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb.

Hurriyyet.az məlumat verir ki, bu barədə ölkənin Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

O, buna əmin olduğunu söyləyib: “Əgər belə bir hal olsaydı, ortada çoxlu cəsəd olardı və qarşı tərəf bunları göstərərdi. Amma belə olmadı. Qarşı tərəfin göstərəcək nəyisə yoxdur”.

O.Danilov əlavə edib ki, buna baxmayaraq, Rusiyada əsir saxlanılan və həmin gün dəyişdirilməli olan hərbçilərin hələ də sağ olub-olmaması ilə bağlı kifayət qədər məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu qeyd edilib. Rusiya Prezidenti Vladimir Putin təyyarənin ABŞ-nin “Patriot” raketləri ilə vurulduğunu bildirib.

report.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159589