“O, satqın kimi həbs edilməlidir” - Paşinyanın həbsi tələb olunur

2022-04-26 17:10:00

“O, satqın kimi həbs edilməlidir” - Paşinyanın həbsi tələb olunur

44 günlük müharibədə öldürülmüş erməni hərbçisi Menua Hovhannisyanın anası və “5165” hərəkatının lideri Karin Tonoyan Baş nazir Nikol Paşinyandan prokurorluğa şikayət ediblər.

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, onlar Baş nazirin satqın kimi həbs edilməsini tələb edirlər. İrəvanda müharibədə öldürülmüş hərbçi ailələrinin təşkil etdiyi etiraz aksiyasında Tonayan bildirib ki, Paşinyan vətənə xəyanət edib, onun barəsində cinayət işi başlanmalıdır. "Bütün günahkarların məsuliyyətə cəlb olunmasını səbrsizliklə gözləyirik. Mən məhkəmədə iştirak etmək və bunu öz gözlərimlə görmək istəyirəm", - o vurğulayıb.

Tonoyan iddia edib ki, Azərbaycan Ordusunun hücumu barədə konkret məlumatlar daxil olub, lakin məsul şəxslər fəaliyyətsiz olub və nəticədə minlərlə insan həlak olub. O, hüquq-mühafizə orqanları bu məsələ ilə məşğul olmasa, hərbçilərin ölümündə günahkar olanların hamısını cəzalandıracağına söz verib.

Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Nikol Paşinyan deyib ki, işğalda olan Azərbaycan ərazilərini qaytarmaqla minlərlə insanın həyatını xilas edə bilərdi, amma bundan imtina etməklə qurbanların ölümünə bais olub.

Aprelin 18-də isə 44 günlük müharibədə öldürülmüş hərbçilərin valideynləri Ermənistan Baş Prokurorluğuna Paşinyan barəsində cinayət işinin açılması və onun ifadəsinin alınması tələbi ilə müraciət ediblər. Baş Prokurorluq isə valideynlərin ifadələrini müharibə zamanı baş verən cinayətlərlə bağlı işə birləşdirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Şurasına göndərib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya